Keçmişə baxış.
İnsanın həyatının ən qəribə anı keçmişə dönüb baxdığı zamandır. Onda hiss edir əslində necə kiçik şeyləri böyütdüyünü və onda idrak edir əslində necə dəyərsiz şeylərə dəyər yüklədiyini. Çəkilən hər ağrının mütləq ki, bir mənası vardır, amma bəzi ağrılar ömürdən oğurlayır. O qədər çox uzanır ki, göz yaşından oğurlayır.
Daha çox yorur və gələcəyə daha çox yorulmuş insan aparır. Bunu gələcəyə gəldikdə dərk edirsən, onda isə gec olur. İnsan sahib olduğu yaxşı şeylərin qədrini bilməli və bəzi ağrılarının qədirsizi olmalıdır.