Başqaları.

in Steemit Azerbaijan☪✔4 years ago

Heç vaxt filan kəslər mənim paxıllığımı çəkir iddiası ilə özümə yanaşmamışam. Ola bilər ki, belə hal yaşansın, amma mən bunu sadəcə özümə olan sevgisizliklə əlaqələndirmişəm və düşünmüşəm ki, məni hər kəs sevə bilməz. Ümumiyyətlə, insanların mənə necə baxması o qədər də maraq dairəmdə deyil. Çünki onlar məni özüm qədər yaxşı tanıya bilməzlər. Bu gün pis olduğum halda başqasına "yaxşıyam" deyirəmsə o mənim yaxşı olduğumu düşünür, amma içimdəki ağrının necə olduğunu bilən mənəm. Ona görə başımı başqa başların içindəki obrazımla yormuram. Zaman və enerji itkisidir. Özümlə də rəqabətdə deyiləm.

IMG-20220203-WA0002.jpg

Bu gün tənbəllik etmək keçirsə könlümdən, mən bu günün tənbəliyəm. Başqalarına isə onların həyat mövqelərini görmək kimi baxıram. Çünki həyatdan bir şeylər qopara bilmək üçün başqalarının yaşanmışlıqlarına baxmalıyam. Doğru olanı alır, yanlış olandan dərs çıxarır və nəticədə daşlı-kəsəkli də olsa öz yolumu tapıram. Bu zaman mənim haqqımda fikir bildirən başqaları kim olur? Sadəcə "BAŞQALARI"

IMG-20220203-WA0001.jpg

Coin Marketplace

STEEM 0.04
TRX 0.32
JST 0.075
BTC 64282.02
ETH 1678.27
USDT 1.00
SBD 0.42