Minimalistləşən dünya🌎.. Kapsül oteller🌎👀

Hamıya salamlar🖐🖐🖐
Bu gün sizə kapsül oteller haqqında bir neçə məlumat verəcəm. Bir çox yerde görürdüm seyahet edən insanların bu tip otellərdə qonaqladıqlarını.Mənə çox maraxlı gəlitdi. Sonrasında biraz araşdırma etdim və bəzi məlumatlar əldə etdim.
()
Link

İlk öncə bu kapsül otellər ilk 1979 -cu ildə Yaponyada yaranıbdı. Əhalinin artması insanların 10 metrlik evlərə qədər minimalistləşməsinə səbəb oldu. Bunum ardıncada kapsül otellər məşhurlaşmağa başlayır. İndi isə minlərlər belə otellər var və ardınca bir çox başqa ölkələrdə də turistlik məqsədilə belə otellər yaranmağa başladı. Kapsül otellər qiymət fərqlərinə görə dəyişirlər. Amma demək olar ki, ölçüləri standart olaraq uzunluğu 2 m eni və hündürlüyü 1.5m olur. Bu otellər elə dizayn edilir ki insanlar yatarkən hər tərəfli rahatlığı olsun.

Screenshot_20220331-191445_Instagram.jpg

Kapsüllər 1 nəfərlik və 2 nəfərlik olmaqla qruplanır. Hər kapsül otelində fərqli qayda qanunları olur. Ama standart hamısı üçün keçərli olanlar ilki ayaqqabıdır ki kapsül ərazisinə keçəndə ayaqqabısız ya corabıarınızla , yada ki otelin verdiyi tərliklərlə gəzilməlidir. Səssizliyə riayət edilməlidir. Kapsüllər içində siqaret çəkmək və ya yüksək seslə danışma , televizora yüksək səslə baxmaq qadağandır. Siqaret çəkmək , yemək yemək qadağandıt. Hər kapsülün özünə uyğun kartları olurki bu kartlar vasitəsilə otel daxilində qapıları aça bilirlər. Hamam tolet otaqları ortaq olur. Bəzi otellərdə qadın kişi ayrı bəzilərində ortaq olur. Oteldə qonaqlayan hər bir qonaq üçün şəxsi dolablar olurki əşyalarını rahat şəkildə yerləşdirib kilitləyə bilirlər. Bununla yanaşı şampun , diş fırçası , dəsmallar və hətta çoxunda pijamalar belə olur.
Kapsül otellərin qiymətləri avantajlıdır. Həmçinim bu otellərdə ortaq oturma sahələri yemək sahələridə oıir. Amma dezavantajıda bəzi kapsüllər varki səssizliyə nəzarət etmirlər. Bir otaqdakı səs digər otaqlarda da eşidilir. Klostrofobisi olan insanlar bu otellərdə qala bilmirlər.

Screenshot_20220331-191349_Instagram.jpg

Kapsül otellər də əsasən kişilər daha çox qonaqlıyır və hətta bəzi otellər yalnız kişi qonaqları qəbul edirlər. Kapsül otellərdə qalmaq vaxtları 4 saat ilə 17 saat arasında olur və uzun müddətli rezervasyonlar olmur, yalnız saat bitdikdə qalacaq kapsül varsa yenidən qeydiyyat aparılır. Yaponyada bu otelləri yerli xalq daha çox istifadə edir. Ağır iş həyatı və əyləncələr sonrası insanlar evlərinə getməzlərmiş, bu otellərdə gecəni küçirərlərmiş. Amma başqa ölkələrdə turistlik məqsədi ilə yaradılır bu tip otellər.
Bu günlükdə bu qədər. Oxuduğunuz üçün çox sağolun. ♥️

Coin Marketplace

STEEM 0.16
TRX 0.15
JST 0.030
BTC 59096.52
ETH 2516.65
USDT 1.00
SBD 2.46