Günəş kremləri..🌅🌻

Salamlar.🖐 Necəsiniz? Ümid edirəm hər biriniz yaxşısınız.🌷 Bu günəşli qış günündə sizinlə bölüşmək üçün günəş kremləri haqqında yazmaq ağlıma gəldir. Bilirik ki, Günəş ən vacib enerji mənbəyidir. Günəş şüalarının faydalarını saymaqla bitmir. Bu faydalarla yanaşı uzun müddət günəş şüalarının təsirində qalmaq dərimizə faydalı deyildir. Xüsusən də ultrabənövşəyi şüalar olduqca zərərli təsirləri var. Günəş şüaları qorunmasız dərimizə təmas etdiyin də dəridə problemlər yaranır. Bu problemlər dərinin vaxtından tez yaşlanması, qırışların yaranması, günəş ləkələrinə , çillənməyə və dərinin nəm dərəcəsinin aşağı düşməsinə səbəb olur. (https://images.app.goo.gl/UqoW7gMcceZNW4yb6)

Bunlarla qarşılaşmamaq üçün günəşə çıxmadan 20 dəqiqə öncədən günəş kremindən istifadə etmək vacibdir. Günəş kremi seçərkən diqqət edilməsi olan xüsusiyyətlər. SPF aralığı, dəri tipinə uyğunluğu , tərkibi və suya davamlılığı.Günəş kremləri yalnız yay yaz aylarında deyil, hər fəsil istifadə edilməlidir. Qış da olan günəşin də dərimizə az fəsadları olmur. Günəş kremləri SPF tərkiblidir və kremlərin üzərində yazılan SPF faktoruna diqqət edilərək istifadə edilməlidir. SPF açılışı Günəş Əleyhinə Müdafiə Formulası (Skin Protection Formula) . SPF dəyərləri 15, 20, 30,50 şəklində olur. SPF dəyərinə görə qoruma müddəti
• SPF 30 və SPF 50 dəyəri 2 saat
• SPF 15 və SPF 20 dəyəri 1.5 saat
SPF 20-nin günəşdən qoruyuculuq qabiliyyəti 93%, SPF 30-un günəşdən qoruyuculuq qabiliyyəti 97%, SPF 50 –nin isə günəşdən qoruyuculuq qabiliyyəti 98%-dir.
Dərini günəş şüalarının təsirindən qoruyan günəş kremlərinin tərkibində aşağıdakı müxtəlif maddələr olur.
• Dərini nəmləndirərək bərpa edən-B3 vitamini
• Ultrabənövşəyi şüalara qarşı dərinin qoruma funksiyasını artıran-Likopin
• Dərinin nəmliliyini, elastikliyini və möhkəmliyini bərpa edən- Gialuron turşusu
• Günəş şüalarının zərərli təsirini aradan qaldıran, dərini daha parlaq və hamar edən- Arqan yağı
Dəri tiplərinə görədə yağlı dəriyə sahib olanlar su bazlı , quru dəriyə sahib olanlar daha qatı krem şəklində olan günəş kremləri seçməlidirlər.

Link

Düşündümki bu mövzu tək qadınları deyil kişiləridə maraxlandıra bilər. Cünki bizi qoruyan Ozon təbəqəsi artıq dünyamızı məhv edən zərərli tullantıların təsirindən dəlinmişdir. Bu səbəbdən günəşin ultrabənövşəyi şüaları canlı dərisinə daha çox nüfuz edir. Bunum üçündə dərimizə uyğun qoruyucu vasitələrdən istifadə etmək lazımdır.

Link

Oxuduğunuz üçün çox sağolun. ♥️

Coin Marketplace

STEEM 0.18
TRX 0.16
JST 0.029
BTC 64050.44
ETH 2502.78
USDT 1.00
SBD 2.65