Cenotelər... Təbiətin möcüzələri 2.ci hissə🌎

Salamlarrrrrŕrŕ🖐🖐🖐🖐🖐🖐🖐🖐🖐
Axşamınız xeyir.
Yenə sizə marağınızı çəkəcək bir mövzu ilə gəldim . Bu dəfə Cenote -lər haqqında yazacam.

Screenshot_20220301-233135_Instagram.jpg
Link

Təsəvvür edin belə bir yerdə üzürsünüz. Özünüzü necə his edərsiniz? Məncə möhtəşəm hislər keçirərsiniz bu gözəlliklər içində.
Öncəliklə görək bu Cenotelər nədir və necə yarandılar. Onlar haqqında çox məlumat var. Öyrəndiklərimi toparlayıb sizə qısaca yazacam. Cenotelər yeraltı mağaralardır. Okeandan və yağışdan sızan sular bu mağaralarda toplanır. Və illər keçdikcə su seviyyəsinin iqlim dəyişikliklərinin təsirindən artıb azalması nəticəsində bu yeraltı mağaralarının tavanları incəlir və çökərək dairəvi oyuqlar əmələ gəlir bu oyuqlara cenotelər deyilir və zaman keçdikcə ətrafında bitki örtüyü sularında balıqlar, canlılar çoxaldıqca cenotelərdə böyüməyə başlayır. Amerika da xüsusən də Meksikada cenotelərin sayı hesabı yoxdur. Həmdə qorxulu özəllikəridə vardır öncəliklə çoxu çox derindir. Amma şüpesizki çooooooxxxxxx gözəldirlər. Hətta say olaraq öyrəndiyim qədəri ilə sadəcə Tulumda 300dən çox cenotelər varmış. Bu bölgələrdəki cenotelər daha məşhurmuş.

Cenotelərdə öz içlərində qruplaşırlar. İlki açıq cenotelərdir üstü tamam açıqdır. İkinci yarı açıq cenotelərdir ki , onlarda yarısı açıq yarısı mağara şəklindədir. Üçüncü isə mağara içindədir və qapalıdır.

Screenshot_20220301-233956_Instagram.jpg
Link

Həmdə bu məlumatıda qeyd edim ki cenotelər Mayalılar üçün çox önəmlidir. Maya dönəmində dini ayinlər də istifadə edilirmiş. Maya inancına görə yağış tanrısı Chaak bu mağaralarda yaşayırmış. Bu gün belə fermerlər yenədə yağış duası edirmişlər.
Bu günlükdə bu qədər oxuduğunuz üçün sağolun. Hələlikkkkkk♥️

Screenshot_20220301-233730_Instagram.jpg

Coin Marketplace

STEEM 0.16
TRX 0.15
JST 0.030
BTC 59317.93
ETH 2530.37
USDT 1.00
SBD 2.47