Bir qəhvənin 40 il xətri var deyirlər.❤

in Steemit Azerbaijan☪✔2 years ago (edited)

Salamlar🤚
Bugün sizinlə çoxumuzun icməyi sevdiyi Türk qəhvəsinin faydalarından yazacam.☕( Nədəndir bilmirəm mən kahve sözünə o qədər öyrəşmişəm ki, qəhvə yazanda mənə qəribə gəlir. Amma yazımı qaydalara uyğun şəkildə yazacağımdan qəhvə olaraq qeyd etsəm yaxşıdır.🙂) Tam bilirsiniz nə havasıdı sakit bir yerdə qəhvəm yanımda ən sevdiyim kitab əlimdə anı dəyərləndirib ruhumuzu təmizləmək . Amma həyat qaça-qaçları çox təəssüfki bu cür fəaliyyətləri bizdən alır.

InShot_20220412_133255085.jpg

İndi isə keçək qəhvənim həm daxili , həm də xarici faydalarına.

Screenshot_20220412-132559_Instagram.jpg

Türk qəhvəsinin metabolizmanın sürətləndirdiyini, ürək damar xəstəliklərini aradan qaldırdığını,infakt riskini aşağı saldığı bilirdinizmi?😎. Amma günlük yalnız 2 fincandan çox olmayarak içilməlidir. Dərimiz üçünd isə faydaları çoxdur.
Dərini sıxılaşdırır, pürüzsüzləşdirir.
Dəriyə canlılıq ve parlaqlıq verir. Məsamələri təmizləyərək, sızanaqların yaranmasının qarşısını alır.Dərini ölü hüceyrələrdən təmizləyir.
Qəhvə ilə hazırlanan bir neçə maskanı sizinlə bölüşəcəm.
Qəhvə peelingi- 1 çay qaşığı türk qəhvəsi 1 çay qaşığı zeytunyağını qarışdırırıq və üzümüzə masajla üzümüzə yediririk. Ama yumuşak hərəkətlərlə. Çünki qəhvə hissəcikləri üzümüzü zədələməsin. Quruduqdan sonra soyuq su il təmizləyirik.

Screenshot_20220412-133515_Instagram.jpg

Qara nöqtələr üçün maska- 1 çay qaşığı bal🍯 və 1 çay qaşığı qəhvə təlvəsi( bişirilmiş qəhvə qalığı)☕. İlk balı isti su hamamı yolu ilə əridirik sonra qəhvə ilə qarışdırırık sonra üzümüzə incə təbəqə şəklində vururuq və quruyandan sonra ilıq su ilə təmizləyirik.
Yağlı dərilər üçün maska - 1 çay qaşığı türk qəhvəsi 1 çay qaşığı limon suyu 1 xörək qaşığı süd və 1 xörək qaşığı qatığı bir qabda hamısının bir birinə qarışması üçün yaxşıca qarışdırırık. 10 dəqiqə üzdə saxladıqdan sonra ilık su ilə təmizləyirik. Bu masqalar göz və dodaq ətrafına vurulmamalıdır. Dəri quruli fərqli olduğu üçün zədələnə və daha tez qırışlar yarana bilər🥀 Üzümüzü nəmləndirməy unutmuruq.❤

Coin Marketplace

STEEM 0.16
TRX 0.15
JST 0.030
BTC 59317.93
ETH 2530.37
USDT 1.00
SBD 2.47