Balaca tirtilimla qovusdum🐛

in Steemit Azerbaijan☪✔3 years ago (edited)
Gecəniz xeyir #steemit üzvləri.🖐 Necəsiniz?🙂 Bu dəfə postu gec saatda paylaşdım. Amma sizə bu günümü yazmaq istədim.

20201111_175144.jpg

Məni soruşsanız çox çox yaxşıyam. Sonunda balaca tırtılıma qovuşdum. Rayona son gəlişimdə tırtılımı mamagilin yanında qoyub Bakıya qayıtdım. Bir nəçə işim var idi onları həll etməliydim. Artıq 3 həftə idi ondan uzaq idim. Sonunda yanımdadı. İçimdəki boşluq doldu. Həqiqtən bir şeylər əksik idi içimdə bu keçən günlərdə. Görüntülü hər gün danışırdıq, bacım hər gün videolarını da atırdı. Amma heçnə onun yanımda olmağını əvəz edə bilmirdi. Hətta görüntülü danışanda belə mənə baxmırdı heç yadınada düşmürdüm. Düşünürdüm ki , məni unudub.
Elə deyilmiş. Otağa girəndə gözlərindəki sevinc məni çox ağlatdı. Ancaq, içim rahat getmişdim balaca bacımla aralarında çox güclü bağ var. Hələ körpəliyindən belədi. Hətta həmişə demişəmki sən məndən daha yaxşı baxırsan. Anamla bacımın yanında əmin əllərdə idi. Amma ana ürəyi dözmür. 😊
20220108_172855.jpg
Hər şey bir yana bu vəsiləylə rayon havasıda aldıq. Yol boyu günəşin batımını izlədiyimdən, yol necə keçdi hiss etmədim. Şəhərin, insanların xaosundan ətrafımızdakıları görə bilmirik. Günəşin doğmasını,batmasını...Təbiətin necə dəyişdiyini.... İnanın mən fəsillərin necə dəyişdiyini yalnız rayonda görürəm. Şəhərdə yaşıllıq o qədər azalıbdır ki, payız yarpaqlarını , yazın yaşıllığını görə bilməyəcək həddə gəlmişik. Bu monopolyalaşma, bina həyatı bizi çox şeylərdən məhrum edir. .........

Coin Marketplace

STEEM 0.18
TRX 0.16
JST 0.029
BTC 79169.45
ETH 3182.99
USDT 1.00
SBD 2.63