Ah qış ayları qış ayları...yemək gündəlik zövqdür♥️.

Axşamınız xeyir🖐. Necəsiniz? Məni soruşsanız 2 gün idi ki, lap yaxşı idim. Hava gözəl günəşli enerjimi artırırdı . Bugün yenə yağış yenə soyuq. Yanvar dirəşibdi bitmək bilmir. Biz insanlarda çox qəribəyik. Tez bitəndə deyirik niye bitdi, bitməyəndə də belə. Heçnədən razı deyilik. Elə hey istəyirik......... Heftenin bugünü çox yorucu olur mənim üçün. Həm uşaq , həm ev, bir tərəfdəndə kursa hazırlaş, materialın hazırla ,kursa get -gəl gün necə sürətli keçirsə birdə baxıram axşamdı artıq yatmağa hazırlaşırıq. Həmdə Bu gün qardaşımgilədə getdik bacımla. Uzun zaman idi getmirdik .Ordada Danışdıq, güldük və birazda olsa yorğunluğumuzu atdıq, problemlərdən uzaqlaşdıq.Deyirəm nə gözəl adətimiz var eyy qonaq getmək, qonaq qəbul etmək pəhh . 😍😍

IMG-20220123-WA0008.jpg
Nə yalam deyim mənim ən sevdiyim qonaq qəbul etməkdi. Hələ sevdiyim insanlar gəlirsə dəymə keyfimə.
Yemək içmək çay süfrəsində söhbətlər. Ən keyifli anlardı. Yemək demişkən qış ayları başlayandan bir tərəfdə çay yanında bir şeylər, bir tərəfdən yemək yemə istəyinin artmağı yəqin ki tək məndə deyil. Boş vaxt olan kimi yemək yadıma düşür. Yemək, olmasa çay və belə- belə alıram kiloları. Sonrada yaza doğruda ağlayıram ki, necə arıxlayacam.

20201111_184003.jpg

Oxuduqlarıma görə isə bunun bir səbəbi varmış. Qış aylarında metabolizmamız zəifləyir və üşüdükcə bədənimizin istiliyini nizamda tutmaq üçüm enerji ehtiyacı yaranır. Bilin görək bu enerjini hardan alır. Bəli bəli əlbəttə ki, qidadan. Bunun nəticəsində beyin daha çox siqnal ötürür yemək yeməklə əlaqəli. Ona görə normaldan daha çox yemək yemək istəyirik. Bunun da qarşısını ya iradəli olaraq bu siqnalları nəzərə almadan normal qidalanaraq kəsməliyik, ya su çox içməliyik , ya da hər siqnalda yeməliyik. Mən sonuncunu seçdim. 3 günlük dünyadı. İndi yeməyib nə vaxt yeyəcəm. 😉
Bügünlükdə bu qədər oxuduğunuz üçüm çox sağolun. Gecəniz xeyrə şirin yuxular.

Coin Marketplace

STEEM 0.18
TRX 0.16
JST 0.029
BTC 64050.44
ETH 2502.78
USDT 1.00
SBD 2.65