Son 30 ilin yalanı: Oxu özünü qurtar

in Steemit Azerbaijan☪✔3 years ago (edited)

Yeyib içmek.jpg

Oxu özünü qurtar. Oxumasan, mənim kimi sürünəcəksən.

Son 30 ilin ən axmaq, boş məsləhətidir. Özlərini nədənsə xilas etmək məcburiyyətində qalan 90-cı illərin nəsli üçün illər boyu populyar olaraq qaldı və tezliklə bunun boşboğazlıq olduğu aydın oldu. Elə gün yoxdur ki TV, sosial mediada bu xəbərləri eşitməyək: “Ölkəmizdə o qədər işsiz universitet məzunu var. Əhməd iki il əvvəl universiteti bitirib, amma bazarda limon satır. Fatma üç universitet bitirib, amma öz biznesi ilə məşğul ola bilmir”...

Hamımızın bir alması varsa və ikinci almaya ehtiyacımız yoxdursa, almanın mübadilə dəyəri sıfıra enir. Hamımız çörək sexi açsaq, heç kim heç kimə çörək sata bilməz. Hamımız Universiteti bitirsək necə olar? Bəli hamı təhsilli olar amma bu da təəssüf ki, maddi cəhətdən dəyərsizdir. Bu, istər alma olsun, istər çörək, istərsə də insan olsun.

vasif 2.jpg

15 il əvvəl universitet seçərkən bir çox müəllimlik fakultələri üçün kifayət qədər bal toplayırdım. Fakultə seçimi dövründən yadımda qalan kafedralardan biri də coğrafiya müəllimliyidir. Yazmaq istədim, yaza bilmədim. Mən niyə yazmadım? Təhsil fakültəsində oxumağa başlayırsan, dörd ildən sonra müəllim olursan, dərhal təyin olunursan, işə düzəlirsən. elə deyilmi? Əlbətdə ki, yox dediyinizi eşidirəm, amma başa düşürsünüz ki, milyonlarla insan elə davranıb və elə davranmağa davam edir. Sadəcə bildim ki, təyinat o qədər də asan deyil, hökumət hər filialdan məhdud sayda qəbul edir ona görə də mən bu fakultəni də yazmadım? Əslinə qalsa hamı hər şeydən xəbərdar idi. Məsələn, tibb oxuyan şəxsin təyin olunmaması şansı yoxdur, bəs tibbi qazanmaq asandır? Sadəcə doxturlarda alma və ortalıqda az doktor var. Buna görə alma qiymətlidir. Ümid edirəm çəkdiyim misal anlaşılır.

Gəlin sizə hamımızın bildiyi amma özümüzü bilmirmiş kimi apardığımız kiçik bir sirri verim: Gənclərin böyük bir əksəriyyəti Universitet oxuyum yetər ki düşüncəsində olaraq topladığı bala görə fakultə seçir. Sırf evdəki o köhnə nəslin dır-dırından qurtulmaq və bütün günü "oxu özünü qurtar" cəfəngiyatını eşitməmək üçün cibində pulu olmasa da dördcə il özgür, rahatca yaşaya bilmək və fərqli bir şəhərdə olmaq arzusu ilə oxuyur. Heç kimi qınamıram açığı. O hissləri zamanında mən də yaşamışam. Problem ondadır ki oxuyub bitirdikdən sonra başlayırıq deyinməyə ki bəs "Universitet məzunuyam amma işsizəm"

vasif 3.jpg

Oxu özünü qurtar cümləsi başarısızlığın, uğursuzluğun ən əsas səbəbidir əslində. Bu söz içində böyük bir hiylə və yalan barındırır. Alt mənası da budur. Digərləri nə edirsə etsin, səz az iş görərək çox pul qazan. Fikir verirsinizsə gənclərdə davamlı bir "qurtuluş" mabarizəsi var. Qurtulmağa çalışarkən yaşamağı unuduruq, bacarıqlarımızı kəşf edə bilmirik. Başımızdakı əsil mövzu bəhs olan pul qazanmağa da fokuslana bilmirik. Tək məqsəd zamanın bir şəkildə keçməsi və Universitet adlı sehrli bir dəyənək ilə "oxuyub qurtulmuş" olmaq. Buna görə də hər kəs söyə-söyə gəzir ortalıqda. Yanlış seçimlərin nəticəsində yanlış həyatlar yaşanır. Problem tam olaraq budur.

Bir çox ağ varatnikli "oxuyub özünü qurtara bilmiş" hiss edə bilmək üçün 5-10 manata həftə sonlarında belə işləyir. Evinə çağırdığı kondisioner ustasıyla elə bir əda ilə danışır ki, halbuki kondisioner ustasının ondan 3-5 dəfə çox maaş aldığından xəbəri belə yoxdur. Bir də kondisioner ustasının Unviersitet məzunu olduğunu öyrənsə özünü təəccüblü göstərərək hələ altdan altdan təəssüflənir. Vah vah, öz işini qura bilməyib deyir içindən. Burda bir məfhum daha ortaya çıxır. Öz işini görmək və yaxud görməmək.

vasif 4.jpg

Zənn edilir ki Universitet bitirmisənsə o artıq dəyişdirilə bilməz, dəyişməsini təklif belə etmək olmaz. Ağıllı insanlar evlərində qayıdanda "oxumuş adam" sayılmaq əvəzinə hansı fakultədən məzun olduğuna baxmadan pul qazana biləcək sahələrə yönəlməyə başlayır. Fəqət eyni zamanda sırf bir fakultə oxudu deyə başqa bri arayış içinə girməyən, illərcə işsiz qalan, başqa iş görə bilmərəm, mən ancaq oxuduğum sahədə işləyəcəm deyə israr edən amma məzun olduğu gündən sonra bir arpa boyu yol almayı ağıl edə bilməyən insanlar da var. Bax bu insanlar üçün həqiqətən üzülürəm.

Universitet oxuyub məzun olmaq insanı bilgə, alim etmir, hətta hər hansısa bir sahənin mütəxəssisi belə etmir. Olsa olsa bir sahənin mütəxəssisi olmağa namizəd ola bilirsiniz. O sahədə aldığınız bütün dərslərin yüzdə neçəsini yadınızda saxlaya bilirsiniz ki? Bəs yaxşı Universitetdə aldığımız təhsilin keyfiyyəti hansı ölçüdədir? Deyəlimki Bazar ertəsi günü gəl başla desələr, görəcəyin işlə bağlı bir fikrin varmı? Ona görə də iş elanlarının hamısında təcrübəli işçi axtarılır sözü keçir. Amma Universitetdən məzun olmuş şəxs istəyir ki diplomu var deyə "gəl ağam, müdirim sən oxumuş adamsan, şirkətin başına keç" deyilsin. Nəticə? Təbii ki məyusluq.

mürəbbə.jpg

Təəssüf ki, həyatın bütün həqiqətini bir sözlə ifadə etmək olar: Kapitalizm. Bunun sirri dəyər yaratmaqdır. "Pul qazandıracaqsansa pul qazanacaqsan" sözünü heç vaxt unutmayın. Ortaya bir dəyər qoymağı unutmayın. Sizin diplomunuz heç kimin vecinə deyil. Bilirəm ki, yeni məzun olan mühəndislər minimum əmək haqqı təklif edirlər, lakin sistem qəddardır. Çayçının şirkətə verdiyi dəyər sizin əlavə etdiyiniz dəyərdən artıqdırsa, siz bu sistemdə çayçı ilə eyni maaşı almağa belə layiq deyilsiniz.

Məni tanıyanlar az çox bilir ki artıq siyasətlə bir işim yoxdur. Ağıl və məntiq çərçivəsində doğru olan nədirsə onu müdafiə edirəm. Bu yazımdan xahiş edirəm ki heç kim "Ölkədə işsizlik yoxdur, insanlar iş bəyənmir" kimi absurd bir məna ortaya çıxarmasın. Hər küncdə bir Unviersitetin açıldığını və son 10-15 ildə demək olar ki hər kəs bir şəkildə Universitet məzunu oldu. Buna görə də "Universitet məzunu işsiz" deyə bir şey qalmadı. Sadəcə "işsiz" deyəcəksiniz. Onu deməyə çalışıram.

vasif 5.jpg

Son sözüm: Sevdiyiniz sahədə Univesitet oxuya bilmirsinizsə 4 ilinizi həba etməyin. Gedin sevdiyiniz sahədə peşə öyrənin. Elektrik, tokar, dəmirçi, motorist, aşbazlıq və s. Əmin olun o bütün günü Universitet məzunuyam amma iş yoxdur deyə deyinənlərdə bir zamanlar özünüzü görəcəksiniz.

Hər birinizə uğurlar.

Sort:  

Adamı məhv eləyib deyir ki, uğurlar🤨
Həm təhsilli olmaq ən azından ana olanda, ata olanda ibtidai sinifdə oxuyan övladını müəllim qapısına hazırlığa göndərmək məcburiyyətində qalmamaqdı.

 3 years ago 

mən də deyirəm ki ondansa bir peşə sahib ol, yaxşı qazan, özün öyrədəciyə peşə yiyəsinin yanına qoy. daha yaxşı öyrənsin :)

Yox ki yox. Təsəvvür elə, Xədicə sənə deyir ki, filan şey nə deməkdi? Sən də deyirsən ki, qızım, gözlə, filankəsdən soruşum. Filankəsə deyirsən ki, ay filankəs, mənim qızıma filan şeyləri öyrət, sənə pul verəcəm. Yox, evlat. Hazır özün öyrət, qızının da kahraman, hər şeyi bilən babası ol😐

 3 years ago 

Hörmətli Müəlliməmiz insanın təhsilinin illahki ali olması önəmli deyilki.

Orxan, mən ali təhsil sözü yazmamışam ki.

 3 years ago 

Bilirəm. Sadəcə bizim millətin düşüncəsi budur. Hökmən universitet, texnikom vəya kollec bitirmək lazımdır. Uje universitetdən başqa digərləri moddan düşüb.

 3 years ago 

Səhv düşüncəmiz budur: təhsil dedikdə mütləq ali təhsil düşünürük.

Ali və ya ali olmayan. İnsan təhsilli olmalıdı.

 3 years ago 

Я согласен

 3 years ago (edited)

Bu rəyi görən kimi ünvanıma qeyri-etik sözlərdən istifadə etməyin🙏🙈😂😉🤨
Gözəl İnsan dübbədüz buyurmusan. Fikirlərinlə həmfikirən. İxtisas başqa, iş başqa olan tələbələr sırasındayam. Hərdən öz-özümə deyinirəmki, 4 ilin maks 1 ilinə balıq tutmağı öyrənib yerdə qalan 3 ilinə Normal vəziyyətdə balıq tuta bilərdim. Çox heyifki, vəziyyət hər zaman belə olmur. Dastan yazıb vaxtınızı alıb, başınızı xarab etmək istəmirəm. Bunu hər zaman qeyd etmişəm, yenə də deyirəm CƏMİYYƏTİMİZİN PSİXOLOGİYASI KÖKLÜ DƏYİŞİLMƏLİDİR. Bəlkə bundan sonra biraz da olsa müsbətə doğru dəyişikliklər ola bilər. Universitetə qəbul bir növü El qınağıdır. Universitet oxumamısansa heçkimsən. İşlədiyim iş yerimdə də dəfələrlə şahidi olmuşam. İşim üzrə təlimatda yazılıb: Qazanxanaçı operator ola bilər: ali təhsilli, orta təhsilli və bu iş üzrə xüsusi peşə təhsili olan şəxslər.. Kadrların tələbi isə mütləq Ali təhsilli olmalısan. İxtisasım Tikinti- iqtisad amma qazanxanaçı işləyirəm. Gör necə də uyğunluq var. Bax Cəmiyyəti kor yetişdirən özümüzük... İxtisasım üzrə hansısa tikinti şirkətində niyə işləyə bilmərəm? Çünki, onların kriterlərinə uyğun bölgədən deyiləm(Yerlibazlıq), yeyintiyə yol verən deyiləm və s.... Nəyə görə universitetə daxil olmayan tələbə intihara qədər çatdırılır və intihar edənlər də olub vəya Universitetə daxil olmayan tələbənin valideynləri digərlərinin yanında başı aşağı gəzməlidir? Universitetə daxil olmaqla sanki, dünya qururuq. Bir şeyi də nəzərinizə çatdırım. Görüşlərimizin birində qrup yoldaşımdan eşitdiyim : ixtisas üzrə dərs deyən müəllimimiz sən demə bizi yola verirmiş. Bu tələbə yoldaşım kursda öyrəndikləri ilə unidə dərs deyən ixtisas müəllimimizin öyrətdikləri arasında yerlə-göy qədər fərq olduğunu bildirmişdi. Bax elə bədbəxtliyimiz də bundadır. Universitet söhbətində Kiminsə haqqına girmək istəmirəm eşitdiklərimi deyirəm. Çünki, mən oxumamışam(öz başımla zaçot, imtahanları verdiyim vaxtlar da olub. Bir balaca istək olsaydı deməli oxuya bilərdim. Sonrakı acı gerçəklikləri görüb yaxşı ki, günlərimi yola verdiyimə sevinirəm. Fəxr deyil. Sadəcə huyum belədi ) sadəcə günlərimi yola vermişəm. Gözəl Qardaş Məni düşündürən suallardan biri də, İndiki dövrdə Lütfizadələrimiz, Tusilərimiz, Füzulilərimiz, Şirvanilərimiz və s... nəyə görə yoxdur?
Şəxsi fikrimdir: Təhsilsiz cəmiyyət ümmanda saman çöpündən yapışmış kimidir. Təhsil sırf ali təhsil demək deyil. Hər hansısa bir peşəyə yiyələnmək, o peşədə bişib təhsillənmək.
İşə dəvətlərdə də bir bədbəxtlik. Universiteti oxuyub getdim hərbiyə. Hərbidən gələndən sonra peşəm üzrə 3illik təcrübəni necə qazanacam? 4 ilim oxumaq + 1 il də hərbi xidmət. Öyrəndiklərim də hərbidə yox olub gedir. Çox gülünc bir sistemdir. Nəisə hələlik bu qədər. Davamı da növbəti rəylərdə)))

 3 years ago 

Düz buyurmusan. Amma Nurəngiz müəllimə hələ də qəbul etmir. Dirənir. 😊 Yanıldığımı qeyd edir.

 3 years ago 

Qadın qarşısında boynumuz qıldan incədir😉

Təpəmin tasın atdırmayın. Mən ali təhsil sözünü yazmamışam ki. Orta məktəbdə oxuyursan. Dülgər olacaqsan. Dülgər də savadlı yazmalıdı. Ən ibtidai riyazi bilikləri olmalıdı ki, uşağından utanmasın. Yeri gələndə Vətənini də tanıda bilməlidi övladına. Çox şeylər. Daha orta məktəbdə boş vaxt keçirmək ki, əşşi, çilingər olacağam da. Bunu demək istəyirdim. Çırparam hamınızı ee🤨

 3 years ago 

Hirslənməyin. Temperaturunuz bir az da yüksələcək))

 3 years ago 

Mən vaxtımı dayandırıram. 😊😊

Coin Marketplace

STEEM 0.17
TRX 0.15
JST 0.029
BTC 61141.76
ETH 2438.78
USDT 1.00
SBD 2.56