Şehli şehli

in Steemit Azerbaijan☪✔3 years ago

5.jfif

Gəlin sizə bizdə varmış kimi görünüb əslində olmayan şeydən, futboldan danışım. Bildiyiniz kimi dünən Şirabbas (Qarabağ FK) ilə Güləbbas (FC Basesl)`ın Avropa Conference liqində oyunu var idi. Xaloğlu 2 gün qabaq rayondan zəng etdi ki bəs xaloğlu bilet al gedib Şirabbasın oyununa baxaq.

Mən də üşəngəç adamam. Girdim iticket.az saytından 2 dənə bilet aldım ki, güya gedib sıra gözləməyim. Nəysə 2 saat əvvəlcədən gəldik ki maşını rahat salxayaq sonra gedib oturaq. Bilet yerinə çatanda çapdan çıxmış online biletləri göstərdim. Dedilər ki bəs bunları gedib Information Center`də biletlə əvəzləməlisiniz. Dedim gedək dəyişəkdəəə nə var bunda. Mən hardan bilim ki ilk dəfə bilet alan ilə online bilet alana fərq qoyulmur və orda olmasa olmasa ən az 200 adam sıra gözləyir. Və o dəqiqə özümü söyməyə başladım ki mənim axı nə itim azıbdı bu futbolda. Birinci hissənin 20 dəqiqəsinə qədər girə bilmədik. Nəysə sonradan ağlıma bir fikir gəldi və dedim gəl xaloğlu. Qapıya yaxınlaşıb dedim ki kassadan göndərdilər ki server işləmir ona görə sizə bilet verə bilmirik. Biraz səs küy salandan sonra mənim bu sözmüə qoşulan 10-15 nəfər də eyni sözlə o biri qapılarda başladılar səs küy salmağa və nəticədə dedilər keçin. Və beləcə keçdik.

4.jfif

Oyun istədiyimiz qədər maraqlı olmadı. Həddindən artıq qol qaçırdıq. Qarabağ komandasının problemi ölkədə özü səviyyəsində 3-5 klubun olmamasıdır. çünki rəqabət etdiyi komandalar özündən çox zəif olduğu üçün bu ona kifayət edir və irəliyə doğru böyüməsinə mane olur. Ona görə də özündən güclü xarici rəqiblərlə üzləşəndə rəqabət apara biləcək səviyyədə oynaya bilmir. Bu Azərbaycan futbolunun ümumi problemidir. Bir başqa siyasi problemi də təbii ki var.

1.jfif

Azərbaycan əminliklə deyə bilərəm ki dünyadan ən pis idman təşkilatçısı olan ölkələrdən biridir. Bizdə son 3-5 ildə bu cür idman tədbriləri keçirildiyi üçün hələ də bu sahədə təcrübəmiz yoxdur. Və bu cür tədbirlərin icrasını menecerlər yox rayonların hüquqi mühafizə orqanları təşkil edir ki, bu da vətəndaşların həyatına pis təsir edir.

Ən böyük problem odur ki oyun bitdikdən sonra çölə çıxdıqdan sonra bütün stadionun 8 çıxış qapısı olmasına baxmayaraq 1 qapıdan çıxmasını məcbur edirlər. Məsələn dünən qapıdan çıxandan sonra avtomobilim ilə ara məsafəm 100 metr olmasına baxmayaraq imkan vermədilər. MƏcbur etdilər ki Stadionun avtoparkına gedə bilmək üçün öncə ayaqla 2 km Koroğlu metrosuna pandemiya ilə əlaqədar mərhələli şəkildə getməlisən. Daha sonra ordan 3 km geri qayıdıb avtoparka getməlisən.

3.jfif

Avtoparka getmək üçün təhlükəli yerlədən keçməli olduq və gəlib 40 dəqiqə sonra avtoparka çatdıq. Yolda bir onu gördüm ki hamı dişinin dibindən çıxanı hüquq mühafizə orqanlarına deyir. Çünki bunu təşkil edən onları. Halbuki bu cür tədbirlər üçün yaxşı menecerlər təyin etmək olardı. Avropada 10 dəqiqə ərzində dolub 10 dəqiqə ərzində boşalan stadionları hüquq mühafizə orqanları yox, bu işlə peşəkar şəkildə məşğul olan menecerlər edir.

Hətta 60.000 tutumu olan stadionun kassasında 3 qız, yox ən az 100 kassir olmalıdır. Ona görə də dünən bileti olduğu halda stadiona girə bilməyən 200-ə yaxın mənim gördüm vətəndaş tərk edib getdi. Hüquqi bir dövlət olsa və bu 200 nəfər məhkəməyə müraciət etsə aləm dəyəcək bir birinə.

6.jfif

Yenə də vətəndaşımın sənəd sünəd işində həvəsinin olmaması:

Hə onu da deyim ki avtoparka girəndə gördüm kiminsə maşınının açarı da yerə düşüb. Yazıq adam.

Bu da Azərbaycanın İdmana qoyduğu investisiya və onun nəticəsi.

Sort:  
 3 years ago 

Və dönə-dönə, hər gün, hər an Günel Mövludu xatırlayıram. Mövzunu bilirsən də yəqin.
Qaldı ki, təşkilatçılıq işlərinə, bəli, 0. Amma düzələcəyinə də ümid edirik. Fransadan xalq gətirək? Deyən Elçibəyə, rəhmət oxuyub, Fransadan futbolçu da gətirdik, alınmır da. Olanımız budur deyib keçirik.

 3 years ago 

çünki bizdə tədbir təşkilatçıları Hüquq Mühafizə orqanları olur. Starategiya cızırıq amma təşkilatçısını Hüquq Mühafizə Orqanlarına tapşırırıq.

 3 years ago 

Orasını təklikdə müzakirə edərik)) Çox da şey eləmə))

 3 years ago 

nə vaxt?

 3 years ago 

Xəngəldə))

 3 years ago 

Əvvəl Nərimanovda Xəngəl yeyərdik. Day vegan olandan məni çağırmırsan

 3 years ago 

Vegan? :)

 3 years ago 

Bəli

 3 years ago 

Bizdə bir xəzinə müdüri var idi,footbol xəstəsiydi Rəhmətlik. Deyirdi ki bizim futbolu dirçəltmək üçün bir təklifim var. "Dubaya gedən bəzi qadınları göndərmək lazımdı Brazilyaya, o təzə nəsildən də futbol komandası düzəltmək lazımdı"))

 3 years ago 

Babat ideyadı ha. Gəl gör ki, uşaq çəkə ana tərəfə

 3 years ago 

😄😄👍

 3 years ago 

vay halına ki o uşaqlar da doğulub bura gəlmək istəməyə :)

 3 years ago 

Demək olar bütün sahələr qeyri peşəkarların əlindədi.

 3 years ago 

qeyri peşəkarlıq bir yana qalsın, idarəetmə yanlışdı. Ölkədə bütün tədbirlərin icrası həmişə Hüquq Mühafizəyə verilib. Priçomdaaaa blət demək istəyir adam bu yerdə.

 3 years ago 

...və lənət şeytana deyir)))

 3 years ago 

:)

 3 years ago 

Adı olub özü olmayan futbolumuz

Coin Marketplace

STEEM 0.19
TRX 0.15
JST 0.029
BTC 63964.02
ETH 2592.87
USDT 1.00
SBD 2.75