Ən xoşbəxt günlərimiz

in Steemit Azerbaijan☪✔3 years ago

IMG_20211016_202309.jpg

Öncə çiçəyim Xədicənin 2 gün sonra həyat yoldaşımın ad günüdür. Təsadüf deyə bilərsiniz amma elə deyil. Planlıdır. Bunu planlamışdıq. 2 gün fərqlə belə olsa. Oğlumda da may ayına planladıq. Ama bu dəfə 16 gün fərqlə qaçırdır :) Rasxoddan qurtulmaq üçün. 1 ildə 4 adgünü keçirəcəyimizə 2 ad günü olsun dedik :) :) Şaka şaka.

Amma həqiqətən də planlamışdıq. qızımın xoşbəxtliyi zatən üzündən oxunur. Oğlum Murad hər zaman mısmırıqlıdır. Heç bir şeydən razı salmaq olmur onu amma oyuncaq alındığı gün həmişə o da xobşbəxtdir. Bir də kimin ad günüsü olmağından asılı olmayaraq tort yemək və üfürmək.

IMG_20211016_202402.jpg

2 gün sonra həyat baca yoldaşımın doğum günü idi. O da maraqlı keçdi. Belə ki öz aramızda keçirdik. Yenə bütün qohum əqraba evə toplanmadı. Sadəcə dördümüz. Açığı desəm mənim üçün doğum günlərinin heç bir əhəmiyyəti yoxdur. Təbrik edən və etməyən arasında heç bir fərq qoymuram. Xüsusilə bu özəl günlərə xanımların və uşaqların marağı olur. Sırf ailədəkilər və bu günləri arzulayanlar xoşbəxt olsun deyə mənə də maraqlıymış kimi keçirirəm. :) :D

IMG_20211016_202258.jpg

Qızımın ad günün bu divardakı poster və əlavə bir qutu kukla hədiyyə aldım. İçində paltarları, parikləri, daraq və s kimi oyuncaqlar vardı. Qış Kraliçası Elzadır nədir onun kuklası idi. Qızım çox istəmişdi axır ki almaq üçün bir bəhanə tapdım. Amma belə bir şey var qızımın ad günü olduğu üçün bu o demək deyil ki Murada hədiyyə almadıq. Məhz o zaman dünya dağılardı. Ona görə kimin ad günü olmağından asılı olmayaraq hər ikisinə də hədiyyə almaq məcburiyyətindəyəm :) Murada da oxuyan, hərəkət edən ekskavator aldım :) bir gün oynadı daha sonra marağı öldü. İndi soruşsam hardadı deyəcək bilmirəm :) : )

IMG_20211016_202415.jpg

Qızım üçün ən maraqlı gələn şeylərdən biri öz tortunu kəsməkdir. Və tort üstündəki şamlara üfürmək. :) Mümkün qədər bunu etməyə çalışırıq. 8 yaşı oldu prensesimin :) Təbrik edənlərə indidən təşəkkür ediərm. Çox sağolun hər şey könlünüzcə olsun.

Sort:  

Təbriklər. Bizdə keçmişdə planlama zad olmayanda düz toçkanı vurublar. Mamamla mənim ad günüm eyni gündədi. Qızlarım isə bir həftə fərqi ilə sentyabr ayındadı. Yoldaşımla məndə isə 3 gün fərq var))

 3 years ago 

Möhtəşəm planlamalar davam edir

 3 years ago 

Təbrik edirik hər ikisini🌹

Coin Marketplace

STEEM 0.30
TRX 0.12
JST 0.034
BTC 63877.55
ETH 3143.56
USDT 1.00
SBD 3.97