Liderlərin səfərləri
Yəqin ki bilməmiş olmazsınız. 26 Oktyabr 2021-ci il tarixində yəni sabah Türkiyə Cumhuriyyətinin Prezidenti Rəcəb Tayyib Erdoğan Azərbaycana səfər edəcək. Diqqət edirsinizsə Bakıya demədim. Azərbaycana. Yəni Bakıya gəlməyəcək. Türkiyədən bir başa yeni açılan Hava Limanımız olan Füzuli Hava Limanına enəcək. Hardasa 1-2 saat olar ki Türkiyənin A400M hərbi təyyarəsi Füzuli Hava Limanına eniş edib. Özü ilə birgə 130-a yaxın hərbçi də gətirib. Ərdoğan Türkiyədən bura hər gəlişində özü ilə birgə 100-150-a yaxın Türk əsgəri gətirir və onları özü ilə geri aparmır. Görünən odur ki mediyaya sızdırılmadan, erməniləri hürkütmədən də olsa Türk əsgərini Qarabağa yerləşdirirlər. Birdə ayılacağıq ki Azərbaycanda 2000-ə yaxın Türk əsgəri var.
Sizə onu da deyim ki bu görüşdənsonra Azərbaycan Prezidenti İlham Əliyev noyabr ayının 12-də İstanbulda səfərdə olacaq. Görüşmənin səbəbi hələ məlum olmasa da böyük ehtimalla 9 Noyabrdakı 3-lü görüşdən sonrakı (Azərbaycan, Ermənistan və Rusiya) yeni strategiyanı müzakirə edəcəkər. Ağlıma bundan başqa bir şey gəlmir.
Əslinə qalsa bu 3-lü görüş də bizim üçün çox vacibdir. Bu gün Paşinyan müsahibəsində qeyd edib ki bizim heç kimi BMT tərəfindən tanınmış torpaqlarında gözümüz yoxdur. Bu da onu deməyə əsas verir ki çox yaxında Paşinyan Azərbaycan və Türkiyə ilə münasibətləri düzəltmək üçün Konstitusiya dəyişikliyənə gedərək Türkiyədən torpaq iddiasını geri götürəcək həmçinin Azərbaycanın da ərazi bütövlüyünü tanıyacaq. Bu məsələ ilə birlikdə böyük ehtimalla Azərbaycan və Ermənistan, ERmənistan və Türkiyə arasında yeni gözlənilməyən münasibətlərin yaranmasının şahidi olacağıq. Hətta sizə onu deyim ki 3-5 il sonra Azərbaycanlılar rahatlıqla öz dədə baba torpaqları olan Zəngəzurdakı evlərini gedib görə biləcəklər. Həmçinin Ermənilər də :)
Yaşayıb görək :) Siz nə düşünürsünüz?
Doğurdan da düşündürücüdür. Amma bir fikir yürüdə bilməyəcəm.
Səhv etmirəmsə ayın 12 sində olan görüş Türk dilli ölkələrin görüşüdü. Sədirlik Azərbaycandan Türkiyəyə keçəcək. Ama təbii ki "həm ziyarət həm ticarət" qaçınılmazdır.