İstirahət.

in Steemit Azerbaijan☪✔3 years ago

IMG_20211108_162237.jpg

Özümə 4 günlük istirahət götürmüşdüm axı. Zəfər günü bayramı ilə əlaqədar 4 günlük icazəni əlimdən gəldiyincə səmərəli keçirmək üçün Qəbələyə gəldim. 2 gün Qəbələdə qaldıqdan sonra Mingəçevirə yola çıxdım.

IMG_20211108_163926.jpg

Mingəçevirə ikinci ya da səhv etmirəmsə üçüncü gedişim idi. İki dəfə tək bir dəfə də ailəmlə gəlmiş oldum. İki dəfə qarlı yağışlı havada gəldiyim üçün xoşum gəlməmişdi. Amma bu dəfə möhtəşəm hava var idi Mingəçevirdə. Hətta kanala da getdik. O da A imiş kimi ailəcək Kür çayında gəmiyə də mindik. Bəxtimizdən gəmiyə giriş Zəfər günü münasibətilə pulsuz idi. Murad və Xədicə dəhşət dərəcədə çox əyləndilər. Bizdən başqa minənlər gəmidə rəqs edirdilər. Amma biz şəkil çəkdirməklə məşğul idik.

IMG_20211108_164320.jpg

Hətta yol üstü Mingəçevirə gələrkən Xaldandakı qohumları da ziyarət etdik. Necə deyərlər həm ziyarət həm ticarət. Sezon sezon gəzib əylənməyi sevirəm. Tək başıma əylənmək də mənim üçün maraqlıdır. Amma ailəvi əylənməyin yerini verən heçnə yoxdur məncə. Xədicə artıq əvvəlki tək əylənçəkdən zövq almır. Öz özünə oynamağı daha çox sevir. Bilmirəm axırı necə olacaq. Zövqü çox tez tez dəyişir. Çatdıra bilmirəm artıq.

IMG_20211108_164241.jpg

Saat 17:44 radələrində Mingəçevirdən Qəbələyə doğru yola çıxdıq. 18:57 də artıq Qəbələ mərkəzdə idik. Burda bir gecə də qalıb Bakıya çıxacağıq. Çünki Çərşənbə günü iş var. Hamınıza xoş istirahətlər. Zəfər gününüz də mübarək olsun. Daim zəfər yaşamaq arzusu və diləyi ilə.

IMG_20211108_163914.jpg

Sort:  
 3 years ago 

Allah daim xoşbəxt ailə səadəti nəsib etsin əxi.

 3 years ago 

Eyvallah əxim.

Xoş istirahətlər..

 3 years ago 

Təşəkkür edirəm

 3 years ago 

Ailə ilə keçirilən istirahətin yerin heçnə verə bilməz.Allah həmişə xoş istirahətlər qismət eləsin...

 3 years ago 

Təşəkkür edirəm

Coin Marketplace

STEEM 0.19
TRX 0.14
JST 0.030
BTC 60122.55
ETH 3199.29
USDT 1.00
SBD 2.43