club5050 || The Economist 2022 Kəhanətləri

in Steemit Azerbaijan☪✔3 years ago

The Economist 2022 Cover.jpg

The Economist jurnalını yəqin ki bir çoxunuz eşitmisiniz. Hər il yeni ilin başlanğıcına olan kəhanətlərini Cover fotosu olaraq yəni jurnalın üz qapağına yerləşdirir və bu şəkildə konspirologiya teoristlərinin də könüllü dəstəyi ilə maraq oyadır və başlayır bu trend ilə ətrafındakı əfsunlamağa. 2021-ci ilin üz qapağını yəqin ki xatırlayırsınız. Xatırlamayanlara yenidən aşağıdakı fotonu yerləşdirirəm.

The Economist 2021.jpg

Keçən il bu fotodan sonra aşağıdakı kəhanətləri irəli sürdülər.

  • Uşaqlara belə COVID iynəsi vurulacaq.
  • Amerikada təlatümlər və ağ dərili prezidentin Amerikanı dağıtması və s.
  • Dolların qalxması və yaşıl enerjinin trend olması.
  • Meşə yanğınları, Birjalarda yüksəliş, COVID`ə davam və Uzaq Məsafədən sosiallaşma.

Görünən odur ki dediklərinin bir çoxunda haqlı çıxdılar. Amerikada Təlatümlər və Amerikanın dağılması məsələsi xaric. Amma hələ ilin sonu gəlmədiyi üçün yenə də gözləməkdə fayda var. Bilmirik burda Amerikanın hansı mənada dağılacağını və təlatümlərini nəzərdə tuturlar. Yaşayaq görək.

Gələk 2022-ci ilə.

  • Birinci fotoda şapkasında NRA (milli tüfəng birliyi) əli silahlı və arxasında Şimali Koreyalı birinin əlində olan Nüvə silahı daşıyan biri ilə belə bir mesaj veriblər ki Güclü olan dövlətlər öz güclərini bu sahəyə yatıracaq və hər ölkənin öz vətəndaşından əli silahlı dəstələr yetişdirib ortalığa atacaqlar. Yenə bir çox ölkədə Əfqanıstan misalında olduğu kimi əli silahlı qüvvələrin ölkələrdə devrim gerçəkləşdirə biləcəyini göstərir.

Ən maraqlısı NRA şapkalının dediyi "Hər kəsin özünü qorumağa ehtiyac gördüyü zamanda böyük silahlardan istifadə etməsinə şərait yaradılmalıdır"
Əlində nüvə daşıyan isə " Bu səs çox xoşuma gəlir" deyir.

  • İkinci fotoda EU bayraqlı birinin Böyük Britaniyaya (Boris Johnson) bədəl ödətməkdən bəhs edir. Brexit ilə Avropadan ayrılmasına görə. Bildiyiniz kimi Böyük Britaniyada 1 aydır ki işçi problemi yaşanır. Avropa Birliyindən ayrılan İngiltərədə artıq digər Avropa ölkələrinin vətəndaşları viza ilə qalmalı olduqları üçün bir zamanlar Britaniyada çalışan digər avropa ölkələri artıq çalışa bilmədiyi üçün xidmət sektorunda (market, daşımacılıq, neft, benzin) problem var. İlk addımlarını görünən odur ki atıblar və bu artan sürətdə davam edəcək. Şəkil deyir ki hələ bitmədi. Səni daha da pis cəzalandıracayıq. Görək Britaniya nə edəcək buna qarşı.

  • Üçüncü Əjdahalı fotoda isə "Çin mifologiyasının ən müqəddəs heyvanı olan əjdahanın ağzına zamok vurublar." Bəzi konspirologiiya teorisyenləri deyir ki burdakı əjdaha Çindəki labaratoriyaları göstərir. Və önündə söhbət edən Business Man və Ladylər dünyaya mesaj ötürürlər ki "LAZIM GƏLSƏ" o zamoku açıb başqa şeylər də çıxararıq o Labaratoriyadan.

  • Dördüncü foto isə ən qorxunc olan ssenaridir. Məncə o şəklə baxanda hər kəs öz konspirasiyasını yaza bilər. O qədər açıq şəkildə göstərilib ki hər şey. Başı dünya olan və qolların hörümcəklər tərəfindən bağlanan və üzərində, yalan, nifrət, təcavüz, şər kimi sözlərlə bəzədilmiş hörümçəklər var.

Qısaca deyirlər ki:

  • Artıq internetdə baş verən hər şey nəzarətimizdədir. Bu il sizə yeni sürprizlər hazırlamışıq. Yalan, Şərlə dolu sürprizlər. Dark Web olaraq artıq bizim zamanımız gəldi.

Əlqərəz: Keçən ilin fotosundan çıxan nəticələrin 70-80%-nin reallaşdığını nəzərə alsaq bu il biraz daha gərgin və təlatümlü keçəcək. Hazırlaşaq. Maksimum dərəcədə internetdə diqqətli olmaq lazımdır. Çünki internetdə ağzımıza gələn hər şeyi (şəxsiyyətimizi, kartlarımızı, özəl olan fotolarımızı) saxlayırıq. Mən ümumiyyətlə foto çəkdirən biri olmadığım üçün bu baxımdan şanslı hiss edirəm özümü. Bu foto qoymaq üçün belə zülüm çəkirəm. :)

Sort:  
 3 years ago 

Maraqlı məlumatlar idi. Bəzilərini belə dəqiqliklə bilmirdim.

 3 years ago 

Hər il proqnozlarını paylaşır Ekonomist. Və 90% haqlı çıxır.

Coin Marketplace

STEEM 0.19
TRX 0.14
JST 0.030
BTC 59715.05
ETH 3186.24
USDT 1.00
SBD 2.42