club5050 || Şikayət etmə xəstəliyi...

in Steemit Azerbaijan☪✔3 years ago (edited)

şikayet.jpg

Başlıqda xəstəlik deyirəm, çünki düşünürəm ki, həqiqətən patoloji səviyyədə şikayət edən bir xeyli insan var. Bunun psixopatologiyasına girib mənəvi təhlilini burada aparmayacağam. Amma mən bu insanlar haqqında bir az danışmaq və içimdəkiləri ifadə etmək istəyirəm. Bu tiplər kimlərdir? Onlar nə edirlər, özlərini necə aparırlar?

İlk növbədə bu tip insanların hər zaman nədənsə narazı olmaları onların artıq bir xarakter məsələsinə çevrilib. Nə edirsən et, onları sevindirə, razılığını, təqdirini və ya təsdiqini ala bilməzsən. Ola bilsin ki, bayramdan bayrama bir-iki gözəl söz deyə bilərlər, amma qalan vaxt onların işi hər şeydən şikayət etməkdir. Dayanacaqda gözləyirlər, “bu avtobus niyə gəlmir” deyəlim ki gəldi və mindilər bu dəfə də, “niyə hələ də getmir”, getməyə başlayanda bu dəfə də, “bunun kondisioneri yoxdur?”, sürücü də kondisioneri yandırsa, bu dəfə “kondisioner çox əsir, xəstə olacam”. düşəndə ​​belə nəyəsə əsəbləşib aşağı düşür.!

vasif 1.jpg

Bu özünü möhtərəm zənn edən şəxs restorana girsə, boş olan masanın yerini bəyənməz, masanın ayağına, stulun kürəyinə çatmadığında qəbahət görür. Ofisiant çox mədəni belə olsa bir qüsur tapıb adamı ya acılayar, ya da yanındakının başının ətini yeməyə başlayar. Hətta tərbiyyəsizcə bəxşiş belə vermədən hesabı ödəyib gedər. Yeməklərdə tapdığı qüsurları hələ saymıram. Bu badımcan niyə belə bişib, əvvəlcə duza qoyulmalı idi acılığı itsin deyə. Yəni dünyanın ən ləziz yeməyini də önünə qoysan qüsur tapacağından heç şübhəniz olmasın.

Bəzən də hansısa bankın filialına girər bizim heç kimi bəyənmədiyimiz zaat. " Nə qədər çox sıra var deyə başlayar deyinməyə" sanki özü o sıradakılardan biri deyil, digərləri buna tünlük yaradırmış kimi. Az sonra gözləməkdən sıxılır, niyə məndən sonra gələnlərin hamısı keçdi mən qaldım deyə deyinməyə başlayar, öz sıra nömrəsinə sıra gəlmir deyə bank personalına dərs keçməyə başlayar. Açıqlamağa çalışırlar hər səfərində ki " sistem belə işləyir, sistemin sizlə şəxsi qərəzliyi yoxdur, biz müdaxilə edə bilmirik" Amma xeyri yoxdu bu şəxs öz bildiyindən dönmür. Çünki öz balaca dünyasında doğruları var və o onun doğruları hamının doğrularını döyər.

vasif 2.jpg

Bu hər mövzuda təcrübəli, məlumatlı olan şəxsimiz bildyiniz kimi hər şeydən şikayət etməkdə üstünə yoxdur. Heç bir müdafiə texnikası ilə onu razı sala bilməzsiniz. Haqlısınız deyib, baş sallayıb vəziyyəti yola verməkdən başqa çarəniz yoxdur zatən. Bu şəxslər həqiqətən də hər şeydən şikayət edərlər; iqtidardan, müxalifətdən, baş məşqçidən, oyunçudan, bələdiyyə sərindən, taksi şoferindən, market işçisindən, doktordan, mühəndisdən, tv kanalından, bina komendantından hətta məzardakı ölüdən belə... İnandırıcılıqlarını itirməmək üçün arada sırada bir şeyi də bəyənirlər. Özlərinə vəzifə verilsə içinə pox qoyacaqları məsələlərdə elə çox bilmiş kimi danışırlar ki, deyərsən ki bu şəxs nə qədər ağıllı, bacarıqlı və cəsarətlidir. Halbuki, heç də göründüyü kimi deyil. Belə desək ötəri bir araşdırma aparsan görəcəksən ki bu şəxslər ömür həyatlarında heç bir baltaya sap ola bilməyiblər. Danışdırsan hər kəs bunların uğurlarına mane olub, sistem bunlara şərait yaratmayıb. Yoxsa atomu parçalayacaq adamlar olacaqlardı :)

vasif 4.jpg

Bu şəxslər əslində ətraflarına o qədər neqativ enerji yayarlar ki, sizin bir boşluğunuzu tapsın, sizə də həmin yerdən qaz verib sizi də bu söhbətlərinə şərik edərlər və yükləyə bildikləri qədər sizə də neqativlərdən yükləyərlər, bir də görəcəksiniz ki həyatınız alt üst olub fərqində belə olmamısınız. Nə edin nağarın bu hər şeydən şikayət edənlərdən uzaq durmağa çalışın. Sizi də bir müddət sonra özlərinə bənzədəcəklərindən də şübhəniz olmasın, bulaşıcıdır bu xəstəlik çünki. Psixoloqların bir sözü var "neqativ enerji verən insanların uzaq durun" deyə. Bax bu şikayət edənlərdi onlar, nəzakət gərəyi biraz dinləsəniz də, uzun uzadı oturub rutin halına salmayın, dinləməməyə çalışın. Gördünüz ki qrutuluşunuz yoxdur, bir bəhanə tapıb uzaqlaşın, kənarlaşın bir müddət. Hətta mümkünsə geri dönməməyə çalışın. Ya da dava salıb bir dəfəlik küsüb ayrılın :)

vasif 5.jpg

Ruhani, mənəvi analiz məqsədim olmadığını yazının başında söyləmişdim. Amma yenə də kiçik bir analiz edəsi olsaq, bu şikayətçi tiplərin dərinliyinə enəndə. təqdir və ilgi görməmiş, özünə inamları, özlərinə olan sayğıları da düşük şəxslərdi yüksək ehtimalla. Mənlik "mən, mən, mən" demələri də içdən içə olduqca neqativ olan şəxslər, arxa planda "dəyərsizlikik" duyğusu ilə baş etməyə çalışırlar. Əslində hər şeydən şikayət etmələrinin, bu dərəcədə məmnuniyyətsizliklərinin altında da bu dəyərsizlik duyğuları yatmaqdadır. Beləcə, yəni olur olmaz hər şeydən şikayət edərək bu dəyərsizlik duyğusundan qurtulmağa çalışmaqdadırlar. Amma əbəs, bu sağlıqlı bir həll yolu deyil. Öz şəxsi dünyasındakı bu həqiqətlərlə üzləşmədən bu hisslərdən qurtulmaları mümkün deyil. O zaman sizə bir tövsiyyə, yaxınınızda belə birisi varsa, mütləq şəkildə bir psixoloqa yönləndirin. Əgər səhiyyə sistemindən girib psixoloqların nə qədər mənasız və bacarıqsız biri olduqları şikayətini başınız şişənə qədər eşitməyi gözə alırsınızsa.!

Daha pozitiv (nikbin) olmayı, daha az şikayət etməyi yoxlayın. Görəcəksiniz ki şikayət ediləcək şeylər getdikcə azalmaya başlayacaq.

Sizə bir şeyi etiraf edim. Deyəcəksiniz bu qədər şeyi hardan bilirsən? Çünki bir zamanlar bu yazdıqlarımın böyük əksəriyyətini özüm də edirdim. Məni tanıyanlar çox yaxşı bilirlər.

Sort:  
 3 years ago 

Postu oxuya-oxuya, deyirdim ki, necə dəqiq təsvir edib və axırda şok oldum 😃
Ömür yeyib bitirən toksik insanlar deyirəm bu tiplərə. Öz mənfilərini ətrafındakılara yükləyərək yaşayanlar, vampir kimi qan içənlər))

 3 years ago 

100%

 3 years ago 

Belə başa düşdüm ki, sizə psixoloq kömək edib. Nə qədər zamandan sonra dəyişmə baş verib?

 3 years ago 

Psixoloq kömək etməyib açığı. 7-8 ildən sonra dərk etdim ki boş yerə çapalayıram. Günüm güzəranım hər zaman yaxşı olub mənim. Amma buna baxmayaraq deyinirdim. Türkiyədə təhsil alıb gəlmişdim və burdakı idarəetmə mənə xoş gəlmirdi. Ona görə deyinirdim.

 3 years ago 

Aydındır. Oyanma daxildən başlayıb. Çox gözəl. Bundan sonrakı inkişafda da uğurlar :)

Coin Marketplace

STEEM 0.19
TRX 0.14
JST 0.030
BTC 59479.71
ETH 3174.48
USDT 1.00
SBD 2.44