Yaz havası. ❤️

Salam, dəyərli Steemit Azerbaijan ailəsi. Necəsiniz?
Yazın gəlişi hər halı ilə hiss olunur artıq. Havalar çox gözəl keçir, hər tərəf çiçəklərlə doldurulub, hətta bəzi ağaclar tumurcuqlayıb. Evdən çıxdıqda adamın əhval ruhiyyəsi dəyişir. Bu gün getdiyim yolda bu gözəlliklər vardı. Bir yer deyil bir çox yer belədir hal hazırda. Gülləri sevən biri olaraq həzz alıram hər birindən.
IMG_20220222_104247.jpg

Bu gün ilk çərşənbə olan " su çərşənbəsi" dir. Çərşənbələr də başladığına görə yaz gəlir deməkdir. Hər çərşənbənin öz adət ənənəsi vardır. Su çərşənbəsində hər zaman səhər duran kimi su üstünə gedir insanlar. Bir qabda təmiz su götürüb saxlayarlar hər hansı xəstəlik zamanı içmək üçün. Bu cür adətlər mənim çox xoşuma gəlir. Ailəmizlə birlikdə etdiyimiz üçün əvəzedilməz olur. İlk çərşənbə olduğu üçün bu gün çoxları səməni qoyur.
Mən də bu gün ilk çərşənbə olduğu üçün plov bişirdim. Qəbələ plovu.
IMG_20220222_223859_062~3.jpg

Buğdam olmadığı üçün səməni qoya bilmədim. Anam mənim üçün qoyub sağ olsun. Bu gün evin şirini üçün də bayram havası gəldi.
IMG_20220222_200143.jpg

Hər kəsə can sağlığı, ruzisi bol həyat, sevib sevilmək arzu edirəm. Hər zaman bahar abu havasında olasınız. Su çərşənbəniz mübarək..
Screenshot_2021-03-20-23-36-18-773_com.whatsapp.jpg
Oxuduğunuz üçün minnətdaram.. Özünüzə yaxşı baxın.. ❤️

Sort:  

Su çərşənbəniz mübarək

Çox sağ ol. ❤️

Çox gözəl bir yazı olub qələminə sağlıq😘

Təşəkkürlər. ❤️

Coin Marketplace

STEEM 0.16
TRX 0.13
JST 0.027
BTC 58004.44
ETH 2579.54
USDT 1.00
SBD 2.40