Yaz dadında. 💚

Salam, axşamınız xeyir, Steemit Azərbaycan ailəsi.. Necəsiniz?
Artıq uzun zamandır ki post paylaşmıram. Bu gün havanın tam yaz havası olmasından və qarşıma çıxan yaz şəkillərindən yazmaq istədim.
Screenshot_2022-04-15-10-48-21-158_com.instagram.android.jpg
link
Hər fəsli sevirəm ancaq yazı bir başqa sevirəm. İçimdə xoş bir hiss olur yaz gəldikdə. Yaza aid nə qədər də yazılmış gözəl sözlər, şeirlər varmış.
Screenshot_2022-04-15-10-49-07-560_com.instagram.android.jpg
link
Birini sizləçün yazacam. Səməd Vurğunun " Bahar" şeiri. Çox uzun olduğu üçün bir hissəsini yazdım.

Bahar, istəklimsən başdan-binadan,
Ən gözəl qızısan sən təbiətin.
Xoşbəxt yaranmısan xoşbəxt anadan,
Gözünün odusan şeirin, sənətin,
Ən gözəl qızısan sən təbiətin.

Mənim də şair tək qanım qaynardır,
Yerdə arzularım gül açır rəng-rəng.
Başımda daima fikirlər vardır,
Daima döyünür sinəmdə ürək,
Yerdə arzularım gül açır rəng-rəng.

Sükuta düşmənsən əzəldən sən də,
Nə yatır, nə də bir sakit olursan.
Çöllərə min yaşıl xalı sərsən də,
Çarpışıb yağışla, boranla, qarla,
Qışın son nəfəsi qasırğalarla
Sən də döyüşlərdə yaşa dolursan,
Nə yatır, nə də bir sakit olursan.
Screenshot_2022-04-14-10-29-18-917_com.whatsapp.jpg

Bele dəyərli oxucular.. Oxuduğunuz üçün minnətdaram.. Özünüzə yaxşı baxın..❤️

Coin Marketplace

STEEM 0.20
TRX 0.13
JST 0.030
BTC 65017.48
ETH 3454.80
USDT 1.00
SBD 2.50