Xatirə. ❤️
Salam, axşamınız xeyir, Steemit ailəsi. Necəsiniz? Tələbəsinizsə necə gedir tətil?
Mən 2015 - ci ildə qəbul olmuşdum universitetə. Qəbul olduğum il Bakıya alışmaq çətin idi mənimçün. Demək olar ayda iki dəfə qaçırdım ailəmin yanına. Avtobus kəndimizə çatana yaxın sanki darıxmam azalırdı. Avtobusdan evimizə kimi bir xeyli yol vardı. Həmişə atam gələrdi qarşılamağa. Evə çatan kimi anam süfrəyə bir şeylər gətirməyə başlayırdı. O yediklərimin dadı heç bir yerdə yoxdu.
Qayıtmaq vaxtı çatanda həmişə kefim qaçardı. Amma həm qrup yoldaşlarım, həm də otaq yoldaşlarım çox yaxşı idilər. Bir semestre alışa bildim yeni həyatıma. İkinci semestr artıq daha az gedirdim kəndə. Beləcə beş ili başa vurdum.
Ən sevdiyim an idi imtahanları bitirib bütün stressdən canımın qutarması. Sonra gedib evdəkilərə şirniyyat falan alıb üz tuturdum kəndə. O iki həftə tətilin verdiyi hüzuru heç bir yerdən ala bilmirəm artıq.. Kəndə gedən kimi birinci bibimi görməyə gedirdim. Həmişə atama deyirdi ki onu gətir bizə darıxmışam.
Bu gün bacımın imtahanları bitirib kəndə getməyini görüncə özüm yadıma düşdüm. 🙈 Paxıllığım tutmadı deyil. Orda olub da şabalıd yeməyin ayrı ləzzəti var həqiqətən..
Zaman çox tez keçir. Əvvəllər sevərək etdiyimiz şeylər indi yuxu kimi gəlir bizə. Həyatımın ən gözəl beş ilini geridə qoydum deyə bilərəm. Hər anı yadımdadır. Heç bitməsini istəməzdim..
Bu günlük bu.. Özünüzə yaxşı baxın.. Xatırlayacaq gözəl günlərinizin çox olması diləyi ilə.. ❤️
Yerin məlum♥️
Gələn kimi yoxluğunuz hiss edilirdi🥺
🥺❤️