Verilən dəyər. 💚

Salam, Steemit Azərbaycan ailəsi. Hər vaxtınız xeyir. Necəsiniz?
Çox zaman deyil ki məktəbimizdə işləyən biologiya müəllimimizi və bir də kəndimizin ən xeyirxah insanı olan diş həkimini də itirdik. Məktəbimizin sadəcə bir biologiya müəllimi vardı və dərsinin haqqını verərək keçirdi. Həm çox savadlı həm də çox yaxşı biri idi. Üstümüzdə əməyi çox olub. Keçən yay ölüm xəbərini aldım. Hələ də inana bilmirəm. Necə olur axı belə bir hadisə. Hekayəsinin yarımçıq qalması üçün daha çox erkən idi. Ancaq düşünürəm də yaşayıb da daha çox fəaliyyət göstərsəydi də yenə də eyni dəyərə sahib olacaqdı və bu günki kimi məktəbdə heç bir şəkli belə olmayacaqdı. Etdiklərinin qarşılığı belə olmamalı idi. Ölüm səbəbi nə olsa belə.

IMG_20220410_145207.jpg

Digəri isə diş həkimi olan Nəriman doktor idi. Hər kəs istisnasız ona belə səslənirdi. İşə başladığı ilk gündən pulsuz diş çəkimi edirdi. Kənddə xeyri dəymədiyi bir insan belə yoxdur sözünü tam əminliklə deyə bilərəm. İmkanlarının yaxşı olmasına baxmayaraq həddən artıq sadə bir insan idi. Çox amma çox səbrli biri idi. Hər ikisinin məkanı cənnət olsun inşallah.
Bu dünyada nə qədər çalışırsan çalış öldükdən sonra sadəcə bir müddət sənin haqqında danışılır. Sonra isə elə bir insan olmamış kimi davranıb həyatımıza davam edəcəyik, təbii ki öz yaxınları buraya aid deyil.

IMG_20220416_171739.jpg

Bele dəyərli oxucular.. Özünüzə yaxşı baxın.. Hər zaman vicdanınızın rahat olduğu şeyləri edin.. 💚

Coin Marketplace

STEEM 0.20
TRX 0.13
JST 0.030
BTC 64752.70
ETH 3455.13
USDT 1.00
SBD 2.50