Uşaqlıq. 💚

Salam.. Hər vaxtınız xeyir, Steemit Azərbaycan ailəsi.. Necəsiniz?? Axır ki həftəni də ayı da sona çatdırdıq.. Az da olsa dörd günlük istirahətimiz var.. Hər kəsə xoş istirahətlər..

IMG_20220423_174020.jpg

Havalar çox qəşəng keçir. Bayramda da belə olsa lap əla olar. Mən rayona gedə bilməyəcəm amma burda da qalsam hava yaxşı olanda kefi kök olur insanın. Biraz gəzib dincələrəm. İndi rayonun ayrı ləzzəti var. Çox getmək istəyərdim amma. Həm ailəmdən darıxmışam, həm də kəndimizdən. Növbəti tətillərə inşallah.

IMG-20211011-WA0011.jpg

Bu gün uşaqlığım yadıma düşüb. Məktəb vaxtı. May ayı çatır. Bir yandan bəzi dərsləri keçib sona çatmaq, bir yandan rüblük sual cavabı, bir yandan teneffüslərdə topla oynamaq. Həddindən çox sevirəm may ayını. Dərsi bitirdiyimiz fənlərdə hər zaman müəllimə bizi həyətə çıxarsın deyə dil tökərdik. Çox az halda bəzi müəllimlər qəbul edərdi. O zaman da yorulana qədər oyanayardıq.

Screenshot_2022-04-20-11-53-23-900_com.whatsapp.jpg

Məndə şeir həvəsi də elə məktəb illərindən qalıb. Onuncu sinfə kimi bütün şeirləri əzbərlətmişdi dil ədəbiyyat müəllimimiz. Onuncu sinifdən sonra digər qruplara gedən uşaqlara güzəşt etmişdi sağ olsun. İl sonu bütün hamısı əzbər danışmaq, hər şairin həyatı haqqında, yaradıcılığı haqqında bunlardan əlavə ədəbiyyata aid qaydaları soruşub sonra qiymət yazardı. Həm çox çətin olurdu həm də çox maraqlı. Məktəb vaxtından hamının əzbər bildiyi bir şeiri yazacam bu gün. Mikayıl Müşfiqin "Yenə o bağ olaydı" şeiri. Çox sevdiyim bir şair və şeiri..

Yenə o bağ olaydı, yenə yığışaraq siz
O bağa köçəydiniz.
Biz də muradımızca fələkdən kam alaydıq,
Sizə qonşu olaydıq.
Yenə o bağ olaydı, səni tez-tez görəydim,
Qələmə söz verəydim.
Hər gün bir yeni nəğmə, hər gün bir yeni ilham,
Yazaydım səhər axşam.
Arzuya bax sevgilim, tellərindən incəmi?
Söylə, ürəyincəmi?

Yenə o bağ olaydı, yenə sizə gələydik,
Danışaydıq, güləydik.
Ürkək baxışlarınla ruhumu dindirəydin,
Məni sevindirəydin.
Gizli söhbət açaydıq, ruhun ehtiyacından.
Qardaşından, bacından
Çəkinərək çox zaman söhbəti dəyişəydin,
Mənimlə əyişəydin.
Yenə bir vuraydı, qəlbimiz gizli-gizli,
Sən, ey əsmər bənizli.

Bu yaz bir başqa yazdır, bu yaz daha da xoşdur,
Vay o qəlbə ki, boşdur!
Hər üfüqdə bir həvəs, hər bucaqda bir umud,
İnsanlar daha məsud.
Duyğular daha incə, fikirlər daha dərin,
Ürəklər daha sərin.
İnsanların vüqarı, tələbi daha yüksək,
Yolumuzdan daş, kəsək,
Təmizlənmiş bir az da. Ellərin keyfi sazdır,
Bu yaz, bir başqa yazdır!

Bele dəyərli oxucular.. Özünüzə yaxşı baxın..

Coin Marketplace

STEEM 0.20
TRX 0.13
JST 0.030
BTC 64752.70
ETH 3455.13
USDT 1.00
SBD 2.50