Tarixdə bu gün.))
Salamlar, Steemit Azərbaijan ailəsi.. Gecəniz xeyir olsun.. Bir stəkan çay süzün söhbət edək. Niyə məhz çay? Çünki bu gün yəni 15 dekabr "Beynəlxalq çay günü'dür". Belə bir gün olduğunu əvvəlcədən təbii ki bilmirdim.Təsadüfən televizor açıq idi orada gördüm. Mən qara çay içən deyildim. Buna hamı narazılıq bildirirdi. Sanki qəbahətli iş edirdim.😀Biraz zaman olar ki, artıq qara çay içə bilirəm. O da çox az olmaqla. İki üç gündən bir. Yaşıl çayı çox sevirəm. O ki, anamın öz əlləriylə mənə qurudub göndərdiyi çay otları ki var haa onun yerini başqa heçnə verə bilməz. Ancaq evdə hamı qara çayı sevdiyinə görə ən az beş - altı dəfə çay dəmləyirəm gündə.
Çay bizim üçün milli-mənəvi dəyərdir sanki. İnsanlar bəzən bir-birilərinə çay vədləri verərlər. Çox eşitmiz olarsız "vaxt et çay içək:)". O çaydan danışırqı ki, ona şeirlər yazılıb. 😀
Hümbətov İsmayılovdan bir neçə misra şeir yazım.))
Buyurun, bu küskün çayı götürün,
Düşünün, boğaza sonra ötürün.
İçmədən ürəyə nəzər yetirin,
Bu küskün dəm necə keçər boğazdan?
Bu gün sadəcə çay günü deyil, bu gün həm də Azərbaycanın ilk qadın bəstəkarı Ağabacı Rzayevanın doğum günüdür.
link
Tək Azərbaycanda deyil həm də Şərqdə peşəkar təhsil alan ilk qadın bəstəkardır, Ağabacı Rzayeva.. Necə gözəl səslənir ilk qadın bəstəkar. Ondan çox bəhs edilməsə də sənət həyatı çox genişdir.. İkinci dünya müharibəsi illərindəndə məşhurlaşmış mahnısı..
Məskənimdir dağ, dərə
Gül-çiçəkli mənzərə.
Öz evimdən ayrılıb
Yoldaş oldum ərlərə.
Səndən ayrı, nazlı dilbər,
Hər gecəm bir il olur,
Nazlı yarı az düşünmək
Aşiqə nisgil.
Çay gözəldi, qəşəngdi ,məndə yaşıl çay sevirəm ama yaşıl çayı gündə maksimum 2 stəkan içmək olar . Əlavəsi ziyandı deyə bilirəm yəni. Siz yenədə diqqət edin🌸
Çox sağ olun. ❤️
Bəli mən də elə bilirəm və ona görə çayı zövq üçün içirəm. Qara çayın yerinə də su içirəm.)))
Mənim günüm imiş ki😂
😅👍
Nuş olsun. 🙂
Çox sağ olun.))
Çay min bir dərdin dərmanı ☕☕☕. Armudi stəkanda, kəllə qənd və talış limonu ila. Bəh bəh bəh
Bir də samovar çayı olarsa.. 👍
Çay milli-mənəvi dəyərimizdir🤝🏻😄
Elədir ki var. 👍
Hazırda çay içirəm. Post üçün təşəkkürlər 😊
Nuş olsun. ❤️
Təşəkkür edirəm.🙏🏻