Təbiəti qoruyaq. ❤️

in Steemit Azerbaijan☪✔3 years ago (edited)

Salam çox dəyərli, Steemit Azərbaycan ailəsi.. Necəsiniz? Dekabr ayı da gəldi çatdı. İlin bitməsinə sayılı günlər qaldı..
IMG_20211202_003017.jpg
Ən sevdiyim zaman gəldi demək olar.. Qar da yağsa tam yeni il abu havası gələrdi..Ağaclar da artıq yarpaqları ilə vidalaşdı.. Onlar da qışa tam hazırdırlar.. Ağacları yarpaqları ilə sevirəm, bu cür çılpaq olduqda sanki gözəlliklərini itirirlər.. Ondan olsa gərək payızı ağaclar yarpaqlarını tökənə qədər sevirəm.. Təbii ki qış gəlib də yarpağını təhvil verməyən ağaclar da var.. İndi sizlərlə keçən dəfəki gəzintimizdə botanika bağında çəkdiyim bir neçə ağac haqqında məlumatı paylaşmaq istəyirəm.

🔺Dəmirağac..

IMG_20211202_002606_046.jpg

Adından da göründüyü üzrə çox möhkəm, dözümlü ağacdır. Bunun üçün körpülərin tikilməsində, telefon və işıq dirəklərinin qoyulmasında, döşəmələrdə istifadə olunur.
IMG_20211202_002714_779.jpg
Azərbaycanda təbii halda Lənkəran və Astarada bitir. Rütubəti sevən bir bitkidir. Çox soyuq havalara dözümlüdür.. 200 ilə qədər yaşayır..

🔺Tikanlı iydə..

IMG_20211202_002518_365.jpg

Azərbaycanda əsasən iydənin iki növü yetişdirilir. Bunlar tikanlı və şərq iydəsidir. Tikanlı iydə həm də daimi yaşıl iydə də adlanır. Hər ikisinin meyvəsi yeyilir. Meyvələrinin xüsusi ətri vardır.

🔺Yapon Eriobotriyası..

IMG_20211202_002435_326.jpg

Əsasən yapon əzgili ilə tanınır bu meyvə.. Bakıda əkilir. Daha çox parklarda bu bitkiyə rast gəlmək olar.. Çox dadlı meyvəsi olur. Meyvəsinin tumu və yarpaqları da faydalıdır.. Meyvəsi qandakı şəkəri aşağı salır.. Tumu da şabalıda bənzəyir.))
Belə,dəyərli Steemit Azerbaijan ailəsi. Bu günlük bu qədər. Təbiəti sevək, qoruyaq.
IMG_20211202_003718.jpg
Görüşənədək, oxuduğunuz üçün minnətdaram.

Sort:  
 3 years ago 

Çox gözel postdu☺️

Təşəkkür edirəm. ❤️

 3 years ago 

Əla postdur 💠
Sarmaşıqla sarılı ağac insanı şair edər)

Çox təşəkkür edirəm. ❤️
Təbiət deyil mi zaten insanı şair edən. 👍

 3 years ago 

Vallah də 🙂🌿

 3 years ago 

Bir gün ora bir səfər etmək lazımdı🙂. Təşəkkürlər.

Sakitliyi sevənlər üçün yaxşı yerdir. 🤗

Coin Marketplace

STEEM 0.17
TRX 0.15
JST 0.028
BTC 56714.19
ETH 2341.70
USDT 1.00
SBD 2.37