Şənbə & bazar)))

in Steemit Azerbaijan☪✔3 years ago (edited)

Salam, hər vaxtınız xeyir, Steemit Azərbaijan ailəsi.. Həftə sonu da başlamadan bitdi yenə.. Hamıda eyni olur yoxsa fərqli bilmirəm, ancaq mən həftə sonunda daha çox yoruluram və heç bir işimi də çatdıra bilmirəm.. Sizlərdə vəziyyət necədi??)))

IMG_20210925_172205~2.jpg

Deməli bazar günü, evdəkilər yatmışdı deyə mən də fürsətdən istifadə edib yatdım biraz. Yenicə durmuşduq ki, zəng gəldi ki bəs qapıdayıq düşün.. Balaca bir qonağımız vardı. Anası baxmağım üçün gətirmişdi.. Bu gün iki uşağa baxmışam, biri səkkiz aylıq, o biri iki yaşında.. Deməli birin yatırıb qoyuram bir otağa, sonra o birin yatırıram eyni formada .)) Şirinlərdən biri musiqi səsi olmadan yatmır. Xüsusi musiqisi var, mütləq şəkildə o olmalıdır. Təbii ki qonaq tək balaca şirin deyildi. O oynamaq üçün gəlmişdi. Böyüklər sonradan gəldilər.. Günorta üçün hazırlıq edirdim. İki uşaqla çox da asan olmadı iş.)) Düzü çox çeşid yemək etməyi sevmirəm. Ona görə aş, salat və dolma bişirdim.
IMG_20211212_162738.jpg
Qonaqlar gec gəldiyi üçün hər şeyi vaxtında çatdırdım. Tam süfrənin şəklini çəkməyə çatmadım.))
IMG_20211212_152205~2.jpg
Qonaqlıq bitti və başladı yır-yığış. İki uşağın oynadığı evin işi də bir fərqlidir, qazanların içindən pult, oyuncaq kimi şeylərin çıxmağı gözlənilən haldır. Biraz gec olsa da işlərim bitdi. 😅 O ki, mətbəxdə bütün işlər bitir, sonda özümə bir stəkan çay süzüb otururam haa bax o zaman bütün yorğunluğum çıxır..
IMG_20211212_192347_342.jpg
Bu günlük bu qədər.. Özünüzə yaxşı baxın. ❤️

Sort:  
 3 years ago 

Şənbə bazar həmişə elə olur. Ama bu şənbə bazar mən də iki uşağa baxmışam desəm tam yerinə düşər. Dünən dərsə bu gün sınağa. Hələ oların evi gözümün qabağında altını üsdünə çevirməyi var, ama nolsun mən də olara qatıldım axırda yorulub. Oları sakitcə izləmək yorğunluğu unutdurur 😀

Və nə qədər təmizləsən də eyni formada dağınıq olmağı)))
Demək tək məndə deyilmiş qarışıqlıq.))

 3 years ago 

Yerimiz görsənir🥲(((

 3 years ago 

şənbə, bazarım sizdə necə doludusa məndədə bir o qədər boş keçir 😄

Bolca istirahət edin o zaman, zamanınızı dəyərləndirin.❤️

 3 years ago 

o qədər sürətlə keçir ki şənbə, bazarım, çatdırıb heçnə edə bilmirəm😄

Sanki saat həmin gün qabağa çəkilir ancaq.)))

Əllərivizə sağlıq❤Full yeməklərə fokuslandım hər biri çox ləzzətli görünür.Hələ o ilk şəkildəki yanaqları demirəm😂❤

Çox sağ olun. ❤️
O yanaqları yemək üçün qonaq eləyə bilərəm sizi. 🤗

Coin Marketplace

STEEM 0.19
TRX 0.14
JST 0.030
BTC 61238.36
ETH 3278.38
USDT 1.00
SBD 2.46