Onsuz da bacarar. 💚
Salam, Steemit Azərbaycan ailəsi.. Hər vaxtınız xeyir.. Necəsiniz? Necə gedir həyatınız?
Bəzən davranışımıza görə, güclü dayanmağımıza görə insanlar nə qədər də yüklənir bizlərə. Ya bizə elə gəlir, ya da həqiqətən elədir. Kim ki, bir işin öhdəsindən gələ bilmirəm deyirsə hər kəs onun yanında olur. Bacara bilmir axı, kömək lazımdır axı, o narahat olar, həyacan keçirlər, əziyyət olar ona. Bu sıranı daha da uzun etmək olar. Belə şeyləri göz qabağında tutaraq hər kəs o şəxslərin yanında olur.
Amma özün bir işin öhdəsindən gələ bilirsənsə hər zaman tək olursan. Onsuz da o işi bacaracaq, çətinliyi olsa belə bir çıxış yolu tapacaq deyib ağırlığı ona salırlar. Sadəcə iş həyatında deyil, şəxsi həyatında da bu belədir. O hər zaman güclü görünən insan da yorulur, bəzən hətta bezir ancaq həyatdır bu. Necə başladınsa o cür davam edirsən. Özünü həyata tanıtmaq formanla əlaqəlidir bu. Bəzən qırıldığını, incindiyini, yorulduğunu göstərmək lazımdır.
Yazımı həyatımın bir hissəsinə aid edib də yazmıram. Sadəcə gördüyüm qədəri ilə bəzi şeyləri yazıram.
Həyatda mübariz, güclü olmaq lazımdır. Hər kəsdən öncə özün üçün. Hər zaman tək bir şeylərin öhdəsindən gəlməlisən. Ən gözəli də budur.
Bele dəyərli oxucular.. Özünüzə yaxşı baxın..