Anlıq. ❤️

Salam dəyərli, Steemit Azərbaycan ailəsi. Necəsiniz?
Sabah qonaq gedəcəyimiz üçün bu gündən hazırlığımı etməyə başlamışam. Hədiyə almaq işini son ana saxlasam da, şirniyyatımı indidən hazırladım. Muffin bişirdim.
IMG_20220204_213846.jpg

Tərkibinə iki yumurta, bir stəkan şəkər tozu, yarım stəkan süd, yarım stəkan duru yağ, qabartma tozu, vanilya və un tökülür. Ərzaqlar sırayla tökülür və bisqivit xəmiri kimi xəmir alınır. Mən dəmir formalı qablara tökərək bişirdim.
IMG_20220205_000009.jpg

Qonaq gedərkən evdə bir şeylər bişirib aparmağı çox sevirəm. Eyniylə də bizə gələn qonaq evdə nə isə hazırlayıb gətirərsə o mənim üçün daha özəl olur. Anam hər zaman boşqabı boş qoymazlar içinə bir şeylər qoyum elə aparın deyərdi. Və həmişə boşqaba evdə bişən şirniyyatdan qoyulardı. İndi anlayıram onun önəmini, mənasını.
Günün ən sevdiyim saatıdır işlərimi bitirib özümə yarım saat da olsa vaxt ayırmaq. O yarım saata dünyanı sığdıra bilərəm. Bu gün sadəcə çay içdim. Çox yorğun olduğuma görə başqa bir şeylər edə bilmədim.
IMG_20211119_224639.jpg

Bu günlük bu qədər.. Özünüzə yaxşı baxın.. ❤️

Sort:  
 4 years ago 

10barmağda 10bacarığ:) MaşAllah✨

Çox sağ olun. 🤗❤️

 4 years ago 

Bizimçün bişirəcəklərin listinə əlavə edirəm bunu da)))

Qonaq gedəcəyiniz yer biz olardıq kaş😄

Coin Marketplace

STEEM 0.04
TRX 0.32
JST 0.098
BTC 63899.18
ETH 1841.10
USDT 1.00
SBD 0.38