Anlıq. ❄️

in Steemit Azerbaijan☪✔2 years ago (edited)

Salamlar, Steemit Azərbaijan ailəsi. Necəsiniz? Sizdə necə qar var yoxsa mənim kimi şəkillərlə yetinirsiniz? Və beləliklə bir həftəni də bitirdik. Tam əminliklə deyə bilərəm ki mən həftə sonu daha çox yoruluram və işlərimi bitirə bilmirəm. Hər kəs evdə olur daha çox zaman keçirim deyərkən işlər qalır, planlar dəyişir.
İki gündü qəşəng qar yağır. Mart yenə də öz ampulasındadır deyə bilərəm. Mən qaldığım yerə qar yağmır ancaq soyuq və yağış var. Sağ olsunlar hamı qar şəkli atır. )
IMG-20220313-WA0039.jpg
Paxıllıq etmirəm desəm yalan olar.))
Bu gün hava çox soyuq idi. Biraz çöldə gəzsəm də sonra bütün günü evdə oldum.
IMG-20220312-WA0001.jpg
Bu aralar yeni tanıdığım bir şairin şeirlərini oxuyuram. Hətta birini paylaşımdım. Çox mənalı və axıcı yazır deyə mən çox sevirəm. Yenə sizlərə Nər iman Həsənzadə' dən bir şeir yazacam.


Bir yol ayrıcına bənzəyir həyat,
Yaramaz həyatın üstündə əsmək.
Cəsarət istəyir, bir də ehtiyat,
Nə ləngimək olar, nə də tələsmək.


Ehtiyat elədim orda ki, bir vaxt,
Cəsarət hər şeyə, məncə, dəyərdi.
Cəsarət göstərdim orda ki, ancaq,
Adi bir ehtiyat bəs eləyərdi.


Bu dünya qəribə bir əyləncədir,
Dünya sərt, mən bəzən uşaqxasiyyət.
Yaşadım, bilmədim bu dünya nədir,
Bilmədim, dünyada nədir səadət.


Kədərim dünyanın vecinə deyil,
Sevincim necə bəs, düşürmü yada?
Bəlkə dünya üçün, bu – heç nə deyil,
Nə qədər sevinc var, qəm var dünyada.


Dünya sərgisində göründüm, yetər,
Həqiqət dedim mən ”yalan dünya”ya,
Dünyanı əyləncə hesab edənlər,
Əylənib baxsınlar bir an dünyaya.

Screenshot_2022-03-13-21-56-10-429_com.whatsapp.jpg

Bele dəyərli oxucular, oxuduğunuz üçün minnətdaram.. Özünüzə yaxşı baxın.. Soyuqlara diqqət edin. ❤️

Sort:  

Yazın qəşəng idi❤şəkillərdə tanış gəlir😄. Uğurlar.

Coin Marketplace

STEEM 0.16
TRX 0.13
JST 0.027
BTC 58188.83
ETH 2585.51
USDT 1.00
SBD 2.40