Anlıq. ❤️

Salam, Steemit Azərbaycan ailəsi.. Hər vaxtınız xeyir.. Necəsiniz?
Dünən həftə sonu idi hava da yaxşı olunca hər kəs gəzintiyə çıxmışdı. Evimizin yaxınlığında gəzmək üçün böyük bir park var mən də ora getdim. Şam ağacları çoxluq təşkil etsə meyvə ağacları da var parkda. Və o meyvə ağacları artıq çiçəkləyib. Görüntüsü çox gözəldi. Artıq yaz tam anlamı ilə gəlib.
IMG_20220227_143031.jpg

Yaz gəldiyinə görə qutab sezonu da açılıb deməkdir. Birazdan məhşur pəl qutabı vaxtı çatacaq. Bizim tərəfdə pəl deyirlər başqa bölgələrdə bilmirəm adı necədirsə. Şəkli yoxdu məndə ancaq yaşıl soğana bənzəyir.
Qutab bizim milli mətbəximizin yeməyidir. Ta qədimdən var bizdə. Bir çox növləri də olur. Göyərti qutabı, ət qutabı, qarın qutabı, ciyər qutabı.. Mən daha çox göyərti qutabını sevirəm. Ancaq həyətdə olan göylərlə bişən. Və təbii ki içinə şor qatılan.

IMG_20220212_121858.jpg

Bilmirəm elə bir növü var ya yox amma mən şor vurmağı çox sevirəm. Dünən bişirdim mən də. Dadlı alınmışdı deyə bilərəm.))
IMG_20220228_084232_530.jpg
IMG_20201223_210030.jpg

Keçmişdən gələn, daha çox əziyyət tələb edən, daha özəl anlarda bişən, bütün qohum əqrabanın bir yerdə hazırladığı yeməkləri çox sevirəm. Hər kəsin bir şeylər hazırlaması sonda isə bir süfrə arxasında yığışıb isti söhbətlər edərək yeyilən yeməyin ayrı yeri vardır. Hər zaman qonağı, süfrə açmağı, keçmişdən danışmağı çox sevmişəm. Böyüklərimizin keçmiş haqqında danışmaları mənə həmişə maraqlı gəlib.
Bu günlük bu qədər.. Özünüzə yaxşı baxın.. ❤️

Coin Marketplace

STEEM 0.20
TRX 0.13
JST 0.030
BTC 64752.70
ETH 3455.13
USDT 1.00
SBD 2.50