Anlıq. 🖤

Salam, hər vaxtınız xeyir, Steemit ailəsi.. Necəsiniz? Uzun zamandır bir şeylər yazmırdım. Bu gün yazmaq qərarına gəldim..
Novruz tətili də bitdi. Yazın gəlişini qarlı qarşıladıq. Qar yağdı deyə rayona da gedə bilmədim. Tətili evdə sıradan keçirdim. Qonaq qarşılamaq və uşaqlarla keçdi zamanımın çox hissəsi. Uşaqlarla vaxt keçirmək maraqlı olsa da bir yandan da yorulur insan.
IMG-20220328-WA0013.jpg

Baxıram da günlük həyatımızda bir çox şeydən narazı qalırıq. İş olsun, maddi imkan olsun, gəzmək olsun... Hər zaman bir şeyləri əksik tapırıq. Və elə bir vaxta gəlib çıxmışıq ki insanlar yaxşı olduqlarını belə dillərinə gətirmirlər. Dərinə gedəndə heç kimin həyatı başqası üçün maraqlı deyil. Sadəcə anlıq olaraq danışılar ya yox. İnsanlar isə dərdlərini danışmaqdan daha çox məmnundurlar. Mən hər zaman hadisənin müsbət tərəfinə baxmağı sevirəm. Heç bir zaman tələbəliyin imtahan hissəsini düşünüb də çox çətin, maraqsız olduğunu düşünən biri olmamışam. Kənardan necə anlaşılsa da belə davam edəcəm. Həyatımda hər zaman müsbət olan yerlərdən danışacam. Təbii ki qüsursuz heç bir şey yoxdur. Çətinliyi də anlayan olur.
IMG-20220328-WA0010.jpg

Həyata çox məna yükləmək lazım deyil məncə. Onsuz da bir limiti var, sonsuz deyil. Kiminki harada qurtaracaq bəlli deyil. Düşünsənizə dalaşdığınız insanın ölüm xəbərini eşidirsiniz. Sizin isə ona son sözünüz səndən nifrət edirəm olub. Necə də çətindir, bəlkə də o son anında səninlə danışmaq istəyib. Birinin geyindiyi paltara görə, dediyi bir kəlmə sözə görə, etdiyi bir hərəkətə görə yarğılayırıq ancaq bəlkə də onun başqa mənası vardır. Sadə şeyə görə qəlb qırırıq ancaq həyat bitdikdən sonra peşman oluruq. O zaman peşman oluruq ki həmin insan həyatda olmur, üzr istəyə bilmirik, səhvimizi telafi edə bilmirik. Hər zaman ətrafımızda biri öldükdə eyni hissləri yaşayırıq. Birini qırmağın, incitməyin nə qədər boş olduğunu görürük ancaq çox balaca bir zaman dilimində.
İnsan bəzən çox dərin hislər keçirməsinə baxmayaraq yaza bilmir. Daha çox şey yazmaq istəyir ancaq cümlələr sanki dolaşır, sözlər sanki itir, heç bir şey yaza bilmir. Bu postum tam olaraq elə oldu. Daha dərin yazmaq istəyərdim bəzi hisləri, daha dərin başa salmaq istəyirəm insan həyatının dəyərini, ancaq bu qədər alındı. Bu gün aldığım ölüm xəbəri sarsdı məni. İnsanın sevdiklərini itirməsi qədər ağır başqa bir hiss ola bilməz.
IMG-20220328-WA0011.jpg

Bele dəyərli oxucular, bu dəfə biraz hüzünlü oldu. Özünüzə yaxşı baxın. Zamanınızı dəyərləndirin.. ❤️

Sort:  
 2 years ago 

BgxWBRxjvNhnbM9DiyHtCptYaDNF3xx85r8if8spuMjfmZw6Y1BTXTKbUyKJRfTsGo9T75LFspFsdQ4gq7XVwTq2CzzcNq9RgTdPfXW7sP2DtU9FGdBSdXKP9f7BonanUiAtaUQR115fMu8Dnf2Xze4vUwpa2CBvntbQ43n2i4DzDZp.jfif

 2 years ago 

Düşünürəm ki, çox insanlar belə anlayışlı olmur. Əvvəl onun haqda düşünməyən, sonra da düşünməyəcək. Ancaq əsl insan sözünün mənasını dərk edənlər, mühitdən asılı olmuyaraq dərk və hiss edəcəklər. İnanmıram ki, kimsə bu ifadələri tam formada yazıya çevirə bilsin. Bəzən sadəcə hiss etmək gərəkdi.

Fikrinizi çox gözəl çatdırmısınız.🙏🏻 Ancaq bəzən gerçəkləri qəbul etmək acı verir insana.

Coin Marketplace

STEEM 0.20
TRX 0.13
JST 0.030
BTC 65017.48
ETH 3454.80
USDT 1.00
SBD 2.50