Anlıq. 💚

Salam, Steemit ailəsi. Necəsiniz?
Kənddə doğulub böyüyənlər daha yaxşı bilər birlikdə bir şeylər hazırlamağı. Nə bişsə də dadı bir başqa olur. Hər əlin öz ləzzəti olur və bir yerə gəldikdə daha da dadlı yeməklər alınır. Keçmişdən gələn adətdir bu. Biryerdə olmaq, hər bir şeyi bölüşmək. Mən bu adətlərin heç zaman unudulmasını istəmirəm. Yaz gəldiyinə görə qutab sezonu başlayır demək olar. Kənddən bizim məhşur pəlimizi yığıb göndərmişdi anamgil. Bu gün də qohumumuz gəldi köməkli qutab hazırladıq və günorta da qonağımız gəldi.

IMG_20220418_111457.jpg

Tam kənddəki kimi olmasa da, bu da yaxşı oldu. Dadına söz ola bilməz ancaq kənddə sac başında etməyin ayrı yeri var. Hələ də həmin günü nehrə oluna və ayranla yeyesən qutabı. Sonda da samovar çayı və gilas mürəbbəsi..))

IMG-20220418-WA0085.jpg

Kənddən gicirtkən də göndərmişdilər. Onun da çox dadlı yeməyi olurmuş. Həyatımda ilk dəfə bişirirdim, ancaq çox yaxşı çıxdı. Evdəkilər bəyəndi əsas.) Reseptini deyim istəyən bişirə bilər. Öncə soğanlar doğranıb qızardılır, başqa bir qazanda su qaynadılır və gicirtkənlər o suya salınır biraz saxlanılır və çıxarıb suyu süzülür. Sonra həmin gicirtkənləri sıxıb qızarmış soğanın içinə qatılır və biryerdə qızardırılır. Tam hazır olduqda ölçüyə uyğun yumurta vurulur. Mən gicirtkən dadını daha çox almaq üçün sadəcə iki dənə yumurta vurdum. Və yeməyimiz hazırdır. İstəyə görə qatıq və turşuyla yeyilə bilər.

IMG_20220417_194422.jpg

Bele dəyərli oxucular.. Bu günümün çox hissəsini mətbəxdə keçirdim. Oxuduğunuz üçün təşəkkürlər.. Özünüzə yaxşı baxın..

Sort:  
 2 years ago 

Hələ gicitkəni təmiz yuyub, sonra sıxıb acısını çıxarıb üzərinə çoxlu turşu əlavə edəndə də əla olur. 😋

Tam əminliklə deyə bilərəm ki, onun dadına heçnə çatmaz.)))

Coin Marketplace

STEEM 0.20
TRX 0.13
JST 0.030
BTC 65017.48
ETH 3454.80
USDT 1.00
SBD 2.50