Anlıq.. ❤️

in Steemit Azerbaijan☪✔2 years ago (edited)

Salam, hər vaxtınız xeyir, Steemit Azərbaycan ailəsi.. Necəsiniz?? Tətiliniz necə keçdi? Tətili iki cür keçirir insanlar, bütün günü evdə qalıb yatanlar və təbii ki iki günlük də olsa harasa istirahətə gedənlər. Enerjili insanları sevirəm. Tətili bəhanə qoyub kəndə getmək çox yaxşı fikirdir. Tam da yazın qoxusu gəlir indi.

IMG-20220301-WA0065.jpg

Bu gün necə deyərlər bayram bayrama qarışıb. Həm " 8 mart qadınlar bayramı ", həm də " yel çərşənbəsi " .
Öncəliklə bütün qadınların bayramını təbrik edirəm. Sadəcə bu gün deyil hər gün anlaşılmağı, xüsusi hiss edilməyi, azad yaşamağı, sağlıqlı, xoşbəxt olmağı arzu edirəm. Mənə görə 8 mart analar bayramı kimi gəlir. Biz hər zaman anamıza bir şeylər etməyə çalışardıq bu gün. Böyük bacım və mən hər zaman bir bəhanə ilə anamı bir yerlərə göndərib evdə tort bişirər və atamdan aldığımız pula da balaca bir hədiyə alardıq. Bir gün də olsa anamıza kömək olmaq istəyərdik. Hər zaman ən böyük arzumdur anama hər istədiyini verə bilmək. Çünki o hər şeyin ən gözəlinə layiqdir.
IMG_20220308_214956.jpg

Və keçək çərşənbəmizə. Yel çərşənbəniz mübarək. Hər zaman bol ruzili olsun süfrəniz. Nənələrimiz demiş bütün dərdlərinizi yel aparsın. Çərşənbə olduğuna görə balaca şirinin şəkillərini çəkməsəm olmazdı.
IMG_20220308_201854.jpg

Mən bu günə özəl olaraq şəkərbura etdim. Onun haqqında ətraflı bir post yazacam.)) Keçən çərşənbə icazə verilməsə də bu çərşənbə tonqal yandırmağa icazə verdilər. Böyük bir tonqalımız vardı. Təkcə uşaqlar deyil böyüklər də sevinirdi demək olar. Adam çox olduğu və böyük olduğu üçün tonqaldan atlaya bilmədim ancaq.)) O da qalsın bayrama.
IMG-20220308-WA0036.jpg

Belə dəyərli oxucular.. Uzun bir gün də sona çatdı.. Oxuduğunuz üçün təşəkkürlər.. Özünüzə yaxşı baxın..❤️

Coin Marketplace

STEEM 0.20
TRX 0.13
JST 0.030
BTC 65248.25
ETH 3471.40
USDT 1.00
SBD 2.51