Anlıq. 💚
Salam, Steemit Azərbaycan ailəsi.. Hər vaxtınız xeyir.. Necəsiniz?
Həftəyə də sürətli bir giriş etdik. Günlər uzansa da mənə görə tez keçir. Heç bir şey etmirsən və artıq hava qaralır. Bu gün hava çox isti oldu. Külək də yoxdu deyə bürkü kimidi demək olar. Tam piknik havaları gəlib çatıb. Yeni bir yer də tapmışam, artıq bolluca piknik etmək olar. Ramazanı bitirək xeyirlisi ilə. Sayılı günlər qalıb bayrama.
O gün bir yazı oxudum. Yaş irəlilədikcə dad bilməmiz zəifləyirmiş. O məhşur bir sözü vare böyüklərimizin heç nədə keçmişdəki dad qalmayıb. Bəlkə də onunla əlaqədardır. Yaşım az olsa da həqiqətən keçmişdə hər bir şey daha dadlı gəlirdi mənə. İndi hər şey çox əlçatan olub, göz qabağındadı. Buna görə olsa gərək əvvəlki həyəcan, həvəs qalmayıb yeni sezon meyvələrinə. Demək olar dörd mövsüm qarpız, çiyələk, üzüm olur marketlərdə. Yeməsən belə gözün görmüş olur. Amma əvvəllər belə deyildi. Daha maraqlı idi. Atam bazardan yeni çıxmış bir meyvəni alıb gətirəndə dadı bizə ləzzət edirdi.
Bu aralar hər kəs çiyələk, alça şəkilləri paylaşır. Bazarda da, marketdə də piştaxtalarda öz yerini alıb artıq. Dadı çox yaxşı olmasa da gözoxşayıcıdır. Qiymətlər də hər zamanki kimi çoox uyğundur. Anlamıram bir ay sonra bir manata satılacaq bir şey indi niyə əlli manatdır ki?)) Mən heç bir meyvəni dadmamışam hələki. Aprel çıxsın dadına baxarıq.))
Bu günlük bu qədər.. Gününüz xoş keçməsi diləyi ilə.. 💚