The diary game 21.07.2022.(100% beneficiaries for Steemit Azerbaijan)

in Steemit Azerbaijan☪✔2 years ago

Salam Steemit.
Necəsiz nə var nə yox? İşləriniz necədi?
Məni soruşsaz da soruşmasaz da deyəcəm. Mən ilk növbədə isti ilə mübarizə aparıram. Sonra yenə eyni işdi. Düzü yazacaq ooo qədər şey var ki, vaxt tapıb yazmaq olmur.

20220721_204615.jpg

Əslində vaxt olur, yazmağa enerji qalmır. Enerjinin bitməsinin ən başlıca səbəbi telefonda rütubətdirsə, məndə istidi. Bu istidə evdən çölə çıxmıyasan. Mən ama son günlər ancaq yollarda oluram. Ən əzablı işdi bəlkə də. Kim hara getsə şoferləri hazırdı. Biraz da belə davam etsə müqavilə bağlayacam evnən. Bu gün də səhərdən deməy olar istifadə edilmişəm. Səhər açılan kimi " urfanı çağırın gedirik" eşitdim. Bildim ki nəsə ağır gün olacaq. Elə uzağa getməsək də tıncıxdıracaq hava vardı. Evə gəlib günorta da güya bir qohumgilə qonaq gedirdik.

20220703_074447.jpg

Adı istirahətdi, olan da mənə olur. Günorta, ən isti vaxt, yerə elə bil köz düzmüzən, adamın gözləri yanır. Nəsə ümumiyyətlə harasa getmək düşmür də mənə. Çox həssas olduğum üçün olduğunu fikirləşirəm, çünki ağlım qalır digər işlərdə, hamsı yolunda getməlidi axı. Rayona da gedəndə iş o qədər olur ki, ürəyim üzülür tamam. Hərə birşey tapşırır, hərəsi də rayonun bir yerində. İndi oğulsan bunları hamsını bir-bir yığ. Elə istirahət vaxtı fikirləşdik ki, dağa gedək. Rayonun dağı aşağısından çoox fərqlənir havasına görə. Aşağıda istidən bişən, yuxarıda heç isinə bilmir.

20220721_204610.jpg

Hə biraz qalxdıq, yol yaxşı olsa da dirəşdim ki yox ee yol xarabdı, sürmürəm. Verib bir qırağa saxlıyıb piyada getdik. Mənlik birşey yoxdu ki, qayıdanda rəisə təhvil verməliyəm. Yaxşıca bir çay içib yavaş yavaş düşdük qaynar zonaya. Sonra sifarişləri yığıb yorğun halda qayıtdıq evə. Bir gün daha var gücüilə bitdi.😐

Sort:  
 2 years ago 

Best of luck...

Coin Marketplace

STEEM 0.17
TRX 0.16
JST 0.030
BTC 59207.00
ETH 2507.08
USDT 1.00
SBD 2.53