Tədbirdən...||club5050

in Steemit Azerbaijan☪✔2 years ago (edited)

Salam Steemit Azərbaycan ailəsi, necəsiz? Nə var, nə yox?
Gəlin sizə bu günlük hadisələri danışım. Deməli bu gün, universitetimizin, Bakı Gənclər Mərkəzində təşkil etdiyi bir tədbirə getmişdik. Əvvəlcədən qrupa məlumat verilmişdi və getməy isdiyənlər qeyd olunmuşdu mənim kimi. Tədbir, Xocalı soyqırımının 30-cu ildönümünə həsr edilmiş "Şanlı Zəfərin Qanlı Səhifəsi" tədbiri idi. Tədbir olduqca maraqlı keçdi. Tədbirdə Milli məclisin deputatı - Naqif Həmzəyev, Azərbaycan Menecment və İnvestisiya Korporasiyasının direktoru- Emin Əliyev və ən asası Xocalı Soyqırımının şahidi- Valeh Hüseynov çıxış etdi. Biraz da sizə, canlı şahidin dediklərini danışım. Əslində bunları biz tarix kitablarından oxuyurduq, ama orda canlı olaraq olmuş bir şəxsin dilindən eşitmək həqiqətən tamam başqa hisdi.

20220223_120548.jpg

Tam olaraq hadisələrin içində olduğu üçün danışdıqları çox duyğulu idi. Bu şəkildə olan şəxslərin hər birini, məkanı belə tanıyan biri danışır. Təsəvvür edə bilirsiz bunu? Adətən biz oxuyanda bu amansızlıqlar çox da təsir etmirdi, ama canlı şahidin dilindən eşitmək, hardasa onu yaşamağa bərabər idi. Bəzi yaşadıqlarını qeyd edim siz də bilin. Üzür isdəyirəm nümunə üçün, ama deyəcəm. Hamilə qadının qarnını yarmış, körpəni ordan çıxarıb, yerinə pişik balaları qoyub, yenidən tikmişlər. Ehh hələ çox saya bilərəm. Şəkilin sol hissəsindəki qadın şahidin əmisinin yoldaşı, qucağındakı isi onun artıq vəfat etmiş körpəsidir. Hələ şahidin öz həyat yoldaşının ölümünə şahidlik etdiyi məqam da var. Əslində bura kimi nitqini necə axıcı və kədərsiz tuta bildiyi maraqlı gəlirdi. Yoldaşının güllə ilə vurulma anını və canını tapşırmasını təsvir etdiyində nitqində bir xeyli durğunluq oldu.

20220223_153812.jpg

Valeh Hüseynovun özünün də başına az işlər gəlməyib. O əsir düşüb və işgəncələr görüb. Məsələn dişləri sındırılıb, qabırğaları sındırılıb, qıçı zədələnib, əl dırnaqları çəkilib, bütün barmaqları qırılıb. Nitqi zamanı bir hadisəni də danışdı. Əsirlikdə olan zaman qocalara su vermək üçün özünün döyülməyinə razı olub. Deməli əclaflar təklif edib ki, səni döyəcəyik və onlara su verəcəyik, yoxsa heç kimə su yoxdu. 1 gecənin işində baş verən o qədər hadisələr danışıldı ki, elə 1 gecənin sonunda saçlarının ağarmasını gördüyünü dedi. Belə oldu tədbir. Mən Xocalı Faciəsi haqqında yazmadım, ancaq canlı şahidin nitqindən bəzi məqamları çatdırdım sizə. Danışdığı hadisələri qoydum bir kənara, çox məyus olduğum bir hal oldu ki, o qədər mənalı bir çıxışı dinləməyib telefonu kənara qoymayan tələbələr oldu.

20220223_153949.jpg

Həəə, belə, tədbir bitdi, sonra biz Sabunçu Gənclər Evinə gəldik. 14-29 yaş arası bütün gənclər gedə bilər. Maraqlı yerdi əslində. Çoxlu oyunlar əyləncələr var. Biz də biraz faydalandıq.

20220223_153232.jpg

Birdən yada düşdü ki, dərsimiz var imiş. Dərsimizdə pis keçmədi, ama nə keçdiksə bilmədim, yorğunluqdan baxa bilmədim. Dərsdən sora da çoxsaylı təklifləri geri çəkərək birbaşa evə. Hələ gün bitməyib, verməli olduğum tapşırıqlar var.
Hələlik bu qədər, sağolun görüşərik.✌️

Sort:  

Oxuyarkən, dinləyərkən dözə bilmədiyimiz hadisələri, yaşayanların olduğunu bilmək, düşünmək belə çox ağırdır;(

 2 years ago 

Elə ən ağırı da odu😥

 2 years ago 

23 fevralı bayram qeyd edənlər bunu oxusa bayram qeyd etmez ordularını yaradıb bize divan tutublar

 2 years ago 

Məncə də elə olar.

 2 years ago 

Oxuyarkən belə çox qəribə hiss elədim özümü (

 2 years ago 

Unudulmamasını dərk etməyə lazım hislərdi.

Coin Marketplace

STEEM 0.16
TRX 0.13
JST 0.027
BTC 59248.66
ETH 2601.84
USDT 1.00
SBD 2.43