Su...

in Steemit Azerbaijan☪✔3 years ago (edited)

Steemit Azerbaijan ailəsini xoşgördük.
Yenə öz bildiklərimi bölüşməyə, həmişəkindən biraz fərqli olaraq həm də çağırışa gəlmişəm bu dəfə. Yəqin ki, hamınız suyun həyatımızda olan rolunu bilirik. Mən düşünürəm ki bunu bilməyən yoxdu. Bu şəkildə nə görürsüz?
20210924_073352.jpg
Böyük yük maşının belə rahatlıqla hərəkət edə biləcəyi bir meşə yolu görürsüz çox güman ki. İndi mən də elə görürəm tamam. Ama mən orda böyük gövdəli ağaclar, sıx kollar bir sözlə böyük bir yaşıllığa qərq olmuş qaranlıq meşə görürəm. Ama mən gördüyümdə belə geniş yol yox idi, yol kənarlarda idi, ancaq bir nəfər üçün kifayət edirdi ki, rahat hərəkət edə bilsin. O ağaclar hara getdi? Deyim, bilin. Hardasa təxmini 10 il əvvəl Bakı şəhəri üçün su çəkiləndə bizim kəndimizin ərazisindən də istifadə olunmuşdu. Elə bu səbəblərə görə bütün ağaclar kəsildi ki, su quyularına texnikalar hərəkət edə bilsin. Belə belə zaman keçdikcə meşə tamamilə məhv oldu. O vaxtlar yaşım az olsa da yaddaşımda yaxşı qalıb oralar. Su kəməri haqda çox da məlumat vermiyəcəm , mən öz gördüklərimi danışacam sizə. Bizim kəndimiz bir xeyli balacadı. Əhali yaşayan ərazisi az olsa da meşə sahəsi bir xeyli var. Ama ümumi baxanda digərləri ilə müqayisədə kiçik olur. Əvvəlindən sonuna kimi hardasa 5 - 6 km məsafə olan gözəl məkana 6 su quyusu sığdıra bilmişik.
20210922_073926.jpg
Baxın bu şəkildə gördüyünüz kimi 5 su quyusu, suyu aparılmaq üçün qazılmışdı. Ama onlardan bəzilərində texniki problem oldu, birinin suyu pis oldu, beləcə səhv etmirəmsə 3 su quyusu sistemə qoşulu qaldı. 6cı quyu isə 1 -2 il əvvəl kənd üçün qazılıb, biz ondan istifadə edirik. Onu da deyim ki, bir başa buz kimi suyu içməyin ləzzəti başqadı. Yayın qızmarında da verdiyi sərinlikdən heç doymaq olmur.
Screenshot_20211129-180025_Maps.jpg
Şəkildə gördüyünüz onların hazır ki yerləridi. Yaşayış məntəqəsindən kənarda olsalar da demək olar günümün yarısı oralarda keçirdi deyə çox yaxşı tanıyıram ərazini. Bütün quyuları ayaqla gəzmək üçün təxmini 1 saat bəs edir. Bunu ərazinin nə qədər kiçik olduğunu çatdırmaq üçün dedim. Bu qədər kiçik ərazi üçün 5 quyu mən elə düşünürəm ki çoxdu. Hamısı qoşulmuyub düzdü ama quyu aktivdi onu bağlamaq olmur ki. Düşünə bilirsiz 10 il ərzində heç bir saniyə belə fasilə olmadan su çıxır və bəzi yerlərdə istifadə olunsa da böyük hissəsi itkiyə gedir. Şəhərin hansı hissələrinə getdiyini bilmirəm ama hamıya səslənirəm ki, sudan düzgün istifadə olunsun. Hamının istifadə haqqı olduğunu bilirəm ama düzgün istifadə də lazımdı. Bu günlük bura kimi. Həə, sonda onu deyim ki, eşidəm biləm kimsə suyu boşuna istifadə edir, kəndə gedən kimi bütün kranları bağlayacam haa😂.
Günlük su tələbatınızı düzgün qəbul edin, sağlam qalın.
Hələlik sağolun, növbəti postda görüşənədək😉.

Sort:  
 3 years ago 

Maraqlı post üçün təşəkkürlər

 3 years ago 

Diqqətinizə görə təşəkkürlər 😊

 3 years ago 

Susuz bir günümüz olmasın

 3 years ago 

Amin 🙏

Gözəl postdur👌🏻

 3 years ago 

Təşəkkür edirəm🙂

Coin Marketplace

STEEM 0.18
TRX 0.15
JST 0.028
BTC 62800.25
ETH 2449.72
USDT 1.00
SBD 2.57