Steemit Engagement Challenge ||💖💙||Season2, Week #4 ||💚|| My work life and Steemit || club5050. Tələbəlikdən Steemitə...

in Steemit Azerbaijan☪✔2 years ago

Salam Steemit.
Gördüyüm qədəri ilə qonaqlarımız var, nə gözəl. Steemit Azərbaycanın ev sahibliyi etdiyi yarışlara vaxt tapdıqca mən də qoşuluram. Bu, son yarışdı, deyilənə görə. Yazmasam olmaz ki. İş həyatı və steemit haqqında yazmalıyam əslində. Əvvəlcə deyim ki, mən tələbəyəm.

IMG-20220510-WA0057.jpg

İkinci kursu yenicə bitirmişəm. Rəsmi iş yerim yoxdu, ama sizi tələbəllik illərinə aparacam, iş yerinə apara bilməsəm də. Məncə dərs ilinin bir semestri bəs edər. Semestr yeni başlayanda vəziyyət yaxşı olur. Bütün tələbələrin maddi, mənəvi durumu yüksək olur. İlk bir həftə dərsə baxan olmur, bəlkə də mənə elə gəlir. Niyə də belə olmasın, tələbəliyin ləzzətini çıxarmaq lazımdı.

IMG-20211102-WA0155.jpg

Həyacanlı hissə odur ki, tədris olunacaq fənlərin adına baxırsan, ümumi fənn sayına baxırsan. Say vacibdi, axı sonda imtahan verəcəksən, nə qədər az olsa o qədər yaxşıdı. Təxmini ilk bir ay mülayim gedir, tapşırıqlar olmur deməy olar. Olur əslində, labaratoriya işləri məsələn. Sonra gəlir aralıq imtahanları, ciddi hazırlaşan olmasa da normal keçiririk. Təqdimatlar, aktivlik balları, sərbəst işlər nə bilim daha nələr, nələr. Bunların hamsı semestr sonuna çatmalıdı. Bunlar təkcə bal deyil haa, steemit üçün yazılacaq postdu həm də. Arada olur tələbə yoldaşlarla gəzintilər edirik.

IMG-20220515-WA0050.jpg

Əgər qrupu bir yerə yığmaq mümkün olsa piknik də edirik.

20220515_155512.jpg

Həə sonra da gəlir imtahanlar. Böyük problem odur ki, imtahanları düzgün ardıcıllıqla salmaq, növbəti üçün hazırlaşmağa vaxt qoymaq. Sonra qruplaşıb hazırlaşmaq qalır. Qruplaşıb bilirsiz nədi? Heç xoşlamadığım birşeydi, hər kəsin bir biri ilə ünsiyyəti olmur ümumi qrup içində, xırda, xırda qruplar olur.

IMG-20220701-WA0016.jpg

Hər kəsnən ünsiyyətim olsada, hər imtahana birgə hazırlaşdıqlarım olur, bilmədiklərimizi müzakirə edirik. Ən əsası birlikdə kəsiləcəm deyib ağlayıb, imtahandan keçirik. İmtahan da bir başqa olur. Sualı oxuyuram, haqqında heçnə bilməsəm belə bir vərəq yazıb doldururam. Hər imtahandan sora belə toplaşıb, balların çıxmasını gözləyirik. Ballar çıxana kimi hamı bir birini həyacanlandırır ki, yox ee yazdıqlarımın mövzuya adiyyatı yoxdu.

IMG-20220624-WA0024.jpg

Sora da sağollaşıb gedirik, heç elə bil tanışlığımız yoxdu. Hər imtahan öncəsi motivasiya verən, imtahandan sonrakı vəziyyətlə maraqlanan, hərdən yüksək bal istəyən səmimi yoldaşlarımız da olur. Tələbəlik nə qazandırdı desələr sayacaq çox nüanslarım var. Elə steemitlə məni tələbə yoldaşım @aybenizmemmedova tanış edib. Artıq doqquz aydır ki, yazıram buralarda. Tələbəlik həyatımda qarşıma çıxanlardan, şəxsi həyatımda olanlardan postlar qururam. Yarışa, məni steemitə gətirən @aybenizmemmedova və steemitdə tanış olduğum @noexcuse1 dəvət edirəm, görək kim qalib olur.😉

Sort:  
 2 years ago 

steemit azerbaijan.jfif
Status Club
club5050
Steemexclusive
No Plagiarism Free
BOT Free
350 Words
Post Quality
7.5/10


I can understand being a student cos I’m one too. But you seem to be enjoying the school life a lot from your pictures. 😅

 2 years ago 

Nə gözəl, sizə də uğurlar. Hə yaxşı gedir hərşey.😄

The life of a student is interesting, the fun, activity, the exam, the outing, all those make school incredible and interesting. As a student how many courses are you studying? Because I saw that you write you just finished a second course.

Greetings and blessings
Comments on my publication will be appreciated

 2 years ago 

Rəyiniz üçün təşəkkür edirəm. Ümumi 4 kurs bitirməliyəm, bu il 2ci kursu bitirmişəm. Hələ əyləncə dolu 2 kurs var.

When we are in student life, if we can do something besides studying, it actually goes away. It’s really great that you’re working on this platform as well as your student life. And you're going to be very brilliant. Congratulations on participating in this competition.

 2 years ago 

Gözəl fikirləriniz üçün təşəkkür edirəm.👍

 2 years ago 

Aleykum SALAM. Çox gözəl postdur. Oxuduqca çox kövrəldim. Tələbəlik illərim yadıma düşdü. 😔 Onu deyim ki, hər dövrün öz gözəlliyi var. Tələbəlik də başqa aləmdir. İndiyə qədər yadımdadır. Uniyə gəldiyimiz 2-3 gün olardı. Artıq dərsdən qaçmışdıq. Düşmüşdük Bakının canına. Ekskursiymız Elmlərdən başladı 28, Tarqovı, Sahil, Bulvar Ehhhh. 15 il keçsə də yenə də sanki dünən yaşanmış kimi hiss edirəm. Düzdü maddiyyat da önəmlidir. Amma maddiyyatın hər dəfə həll edə bilmədiyi mənəviyyat daha önəmlidir. Uni də insanın mənəvi keyfiyyətlərinin formalaşmasında çox böyük rol oynayır. Unini sağlıqla bitirməyinizi diləyirəm. AMİN İNŞƏƏALLAH 🤲

 2 years ago 

Hə məncə də əvəzedilməz illərdi. Çox sağolun təşəkkür edirəm.👍

Coin Marketplace

STEEM 0.23
TRX 0.25
JST 0.038
BTC 95317.76
ETH 3302.38
USDT 1.00
SBD 3.31