|Steemit Enagement Challenge ||💚||Season2, Week #1 ||💚|| 🛫🌏 Your travel manager ✈ Oğuza səyahət |#club5050

in Steemit Azerbaijan☪✔2 years ago

Salam Steemit. Necəsiz? Nə var nə yox? İşləriniz necə gedir?
Eşitdim topluluqda yarış var. Dedim mən də qatılım, görək nə olan işdi bu. Belə baxıram hamı öz yurduna dəvət edir topluluğu. Bəlkə deyirəm Oğuza səyahət edək, nə deyrsiz?😉
Əvvəlcə Oğuzun tarixi haqqında məlumat vermək isdərdim. Heyif ki, bununla bağlı çox məlumatım yoxdur. Tarixi bilməyi xoşlayıram ama öyrənməyi çətin olduğu üçün xoşlamıram. Ancaq sizi məlumatsız da qoymayacam. linkProfilini qoyduğum instaqram səyfəsindən bir xeyli məlumatlara baxa bilərsiz.

IMG-20220608-WA0008.jpg

Siz linkə keçin biraz keçmişə səyahət edin sonra mən sizi indiki halı ilə tanış edim. Oğuz böyük Qafqaz dağlarının ətəyində yerləşir. Çoox gözəl təbiəti var rahatlıqla deyə bilərəm. Rayon özü də xüsusi olaraq dağın ətəyində yerləşir. Düzdü ərazisi çox da böyük deyil ama gəzməklə bitməz. Azərbaycanda yeganə qlükoza zavodu da Oğuzdadır. Tarixi abidələri də var. Məncə siz artıq onları yuxarıda qoyduğum linkdə gördüz.

20210722_172354.jpg

Rayonun özündə və kəntlərində çoxlu istirhət məkanları var ki, bular da çoxlu turist gəlməyinə səbəb olur. Gəlin tanış edim sizi. Məsələn Xal-Xal kəndində "Şəlalə Farel" var.

4AD0C9418FC69E36354D60A1BBDB3734.png

Bütün fəsillərdə fəaliyyət göstərir düzdü. Siz gəlmək isdəsəz yay fəslini şiddətlə tövsiyyə edirəm. İndi rayonda olmadığım üçün yeni şəkillər qoya bilməyəcəm heyif ki. Məkanda ən əsas böyük şəlalənin olmasıdı. Tam dağın ətəyində. Orda olan sərinliyi postda hiss etdirmək olmaz, mütləq gəlməlisiz. Balacalar üçün əyləncə yerləri də var. Ehh nələr var nələr, saymaqla bitməz.

Screenshot_20220608-105526_Gallery.jpg

Hələ bu kəntdə çooox belə məkanlar var. İstəsəniz özünüzə xidmət edə bilərsiz, yox əgər istəməsəz sizə xidmət edərlər. Hər cür şərait yaradılıb.

20210722_172819.jpg

Həftələrlə çadırlarda qalan yerli və xarici turistlər olur burda. Keçək başqa yerlərə. Məsələn digər rayonlara gedərkən yolüstü "Qaynama" restoranında dincələ bilərsiz.

IMG-20220608-WA0009.jpg

Orda sizə çox gözəl xidmət göstəriləcəyinə əminəm. Bu restoran Oğuz rayon Bayan kəndində yerləşir həm də Oğuz Şəki magistral yolunun üzərində. Rayonun özündə də çox yerlər var. Məsələn rayonun lap yuxarısında "Quş Adası" adlı yer var.

Screenshot_20220608-110453_Gallery.jpg

Düzdü ora yerli sakinlər daha çox gedir. Həm sakit həm də yaxın. Mütləq gedə biləcəyiniz bir yerdi, yol özü sizi aparacaq, sanki dağa qalxırmış kimi. Rayon girişində park var.

Screenshot_20220608-105045_Gallery.jpg

Axşam saatlarında burda gəzib vaxtınızı keçirmiş həm də beyninizi sakitləşdirmiş olarsız. Məncə şəkillərdən artıq bildiz necə bir yerdi.
Bunlar hələ bir hissəsidir. Rayona gedən kimi daha çox yerlərlə tanış edəcəm sizi. Niyə Oğuza gəlim deyə sualınız olsa, belə gözəl məkanda istirahət etmək hərkəsin haqqıdı deyərdim. Necə gəlim, necə tapım deyə sualınız olsa, narahat olmuyun sizin artıq @urfanov adlı bələdçiniz var. Gəlin birlikdə gəzək. @noexcuse1 Fatimə müəlliməyə denən turnan Oğuza gəlin. Yolüstü @aybenizmemmedova da götürün. Məncə @alsum olmasa olmaz.😄

Sort:  

Pictures are looking very beautiful on the publication you presented for contest friend. I know of course how beautiful is your nation called Turkey. Receive my best wishes for good luck and have a happy Steeming here. Regards from Venezuela.

 2 years ago 

Thank you very much for your opinion. Good luck to you too.

 2 years ago 

Belə görürəm əla yerdi ki. Gəzməyə dəyər yerə oxşayır. Eşitmişdim qəşəngliyini👍🏻 Düzü heç getməmişəm, amma dəvətə yox demərəm😆 Niyə də yox?

 2 years ago 

Əlbətdə qəşəng yerdi, bir gün mütləq gəlin.✌️

İndi sən bizi yarışa dəvət edirsən, yoxsa Oğuza?

 2 years ago 

Əslində Oğuza edirdim. Olsun yarışa da dəvət etdim. 🤝

Çox sağol😄✌🏻

A very beautiful place you shared with us today. A very natural environment, in fact, if you can visit such a place, but the mind becomes much better. It was great to see the place, and I was fascinated by the photography of the fountain that you shared with us. Thanks for sharing with us such a beautiful place.

 2 years ago 

Thank you.😊

 2 years ago 

steemit azerbaijan.jfif
Status Club
club*
Steemexclusive
No Plagiarism Free
BOT Free
350 Words
Post Quality
6/10


Coin Marketplace

STEEM 0.15
TRX 0.12
JST 0.026
BTC 57014.79
ETH 2478.23
USDT 1.00
SBD 2.29