Kitablar, birdə mən...

in Steemit Azerbaijan☪✔3 years ago

Salam Steemit Azerbaijan ailəsi. Necəsiz? İşləriniz necə gedir?
Bu dəfə sizə birbalaca kitablardan danışacam. Bir ələ sığacaq qədər saylı günlər qaldığı üçün rahatlıqla deyə bilərəm ki, 19 yaşım var. Bu illər ərzində heç bir kitab oxumamışdım. Əslində istəyirdim oxuyum amma alınmırdı. Gəlin sizə ilk kitabımı necə aldım onu danışım. Son vaxtlar mütləq bir kitab alıb bu səfərə başlayacağıma söz vermişdim özümə. Bir xeyli qeydlərim var idi amma bilmirdim ilk olaraq hansını alım. Həm də almaq zamanını tuta bilmirdim, hər dəfə bir səbəblə qalırdı. Nəhayət bir gün bacardım. Dostumun dərsdən çıxmağını gözləyirdim. Siz artıq onu tanıyırsız, əgər bilməyən varsa 2ci postdan biraz tanış ola bilər. Bir xeyli boş vaxtım var idi. Bu arada kitab almağı düşündüm və qeydlərimdə olan, nədənsə mənə maraqlı gələn bir, həm də ilk kitabımı aldım.
20211124_102631.jpg
Bu "Harper Li"nin "Bülbülü Öldürmək" kitabı oldu. Kitab çox maraqlı idi. Hərdən həyacanlandırıcı hərdən düşündürücü hərdən isə əyləndirici olub bəzi hissələri qorxulu həm də kədərli olan bir kitab idi. Bəlkə də bu ilk dəfə olduğuna görə mənə elə gəldi. Ama mən ilk seçimimdə yanılmadığımı dəqiq bilirəm. Kitab haqqında qısa bir şeyləri sizinlə də bölüşüm. Hadisələr ötən əsrin 30cu illərində ABŞ-ın Alabama ştatında cərəyan edirdi. Kitab əslində o vaxtlar çox aktual olan bir məsələyə- irqçilik əleyhinə mübarizəyə həsr olunub. Əsər Amerikanın cənubundakı kiçik, yuxulu bir şəhərdə yaşayan balaca bir qızın dilindən səslənir. Uzun zaman ərzində məşhur kitab olub və sonda 1999 cu ildə ABŞ-ın kitab jurnallarının birgə keçirtdiyi sorğuda "Əsrin ən yaxşı romanı" adlandırılıb. Əslində çox məlumat verə bilərdim ama istəmirəm. Çünki oxumaq isdəyən olsa onun üçün maraqsız ola bilər. Bu ilk kitabım. Artıq ikinci kitabı almışam bu postu paylaşıb gedirəm onu oxumağa.
20211124_102351.jpg
Elxan Elatlı "Mərtəbələr" romanı məni gözləyir, hələlik sağolun. Özünüzə yaxşı baxın.
Sonda onu deyim ki, 100ə yaxın kitab qeydim var və tez tez bu say artır. Zamanım yetincə hamısını oxuyacam. Siz də öz oxuduğunuz bir kitabı desəz çox şad olaram. Mütləq oxuyacam. Dediyim kimi, gözəlliklər paylaşdıqca artır, artır və dərinləşir. Gözəllikllərlə qalın dostlar😉

Sort:  
 3 years ago 

Təəssüf ki,kitab oxumağa zamanım olmur. Amma Elxan Elatlı kitabları oxumuşam, əladır. Kitablar insanın iç dünyasını kəşf edir, uğurlar sənə.

 3 years ago 

Mənimdə olmur əslində ama çıx xırda zamanları doldurmağa çalışıram. Çox sağol təşəkkürlər 🤗

 3 years ago 

Bülbülü öldürmək əla kitabdır. Gözəl seçimdir.
Haqqında yazmışdım. https://www.ceylanmumoglu.com/tr/article/harper-li-bulbulu-oldurmek

Ümid edirəm, bir gün siyahınızda bəndənizin də kitabları olar 😊
Mütaliə yolunuz uğurlu olsun!

 3 years ago 

Əslində kitabla bağlı çox yazmaq olar ama o qədər gözəl idi ki cümlələrə sığdıra bilmədim ancaq oxuyub da yaşamağı tövsiyyə edərdim.
Mütləq olar olmazmı heç. Ama köməyinizə ehtiyac var bir nümunə 🤗

 3 years ago (edited)

İlk'lər hər zaman yaxşıdır🙏🏻

 3 years ago 

Tam da axdardığım rəy gəldi. Bunu yazmadım ki görək fikirlər aydın olubmu. 👍🙂

Olubmuş deməli👌🏻

 3 years ago 

Nə gözəl 👍🙂

 3 years ago 

kitab oxumaq gözəldir. baxış açısını dəyişdirir insanın. daha çox kitabdan alıntılar oxumuşam həmişə, indi isə "nə için varsan onun için yaşa" bir arayışın romanını, bu kitabı oxuyuram. mən çox sevdim, istəsən bir gün göz atarsan ☺️.

 3 years ago 

Bəli balaca razıyam səninlə👍. Bu kitab mənim qeydlərimdə var mütləq oxuyacam təşəkkür edirəm 🙂

Coin Marketplace

STEEM 0.19
TRX 0.14
JST 0.030
BTC 62900.39
ETH 3357.78
USDT 1.00
SBD 2.47