Gəzinti...(100% beneficiaries for Steemit Azerbaijan)

in Steemit Azerbaijan☪✔2 years ago

Salam, Steemit Azərbaycan ailəsi, necəsiz?
Sizə dünən bugünün maraqlı olacağını demişdim, hə? Elə də oldu. Səhərin erkən saatlarında durub Lahıc yoluna düşdük. Tur ilə gedirdik, necə olacağına ortam qərar verirdi. Bir günə çox şey sığdırmağa çalışırdılar ki, günümüz keyfiyyətli olsun. Məncə, yaxşı oldu.
20220508_080315.jpg
Deməli, ilk dayanacağımız Qobustandaki Palçıq vulkanları idi. Bizə Geoloq Qalib Muradov məlumat verəcəkdi, amma verdiyindən əmin deyiləm. Çünki eşitmək üçün təpəyə qədər çıxmalı idik. Amma vulkan deyəndə coğrafiya kitabındaki o səliqəli kiçik dağa bənzər gördükləriniz vulkanı unudun. Çünki avtobusdan düşüb ayağımızı qoyan kimi palçığa batdıq və hədəfə çatmaq üçün uzunca bir yolu o palçıqla getməli idik.
20220508_103948.jpg
Bəs getdikmi, əlbəttə, yox. Qrupun böyük bir hissəsi getdi və gələnlər bizim ağıllı iş gördüyümüzü deyərək, ayaqqabılarını təmizləyirdilər, çünki əks halda avtobusa minə bilməzdilər. Uzunca təmizlik işləri görüldükdən sonra yenə yola düşdük. Bir sonraki dayanacağımız Lahıcdır, görək orda bizi nələr gözləyir.
Hələlik sağolun. Postun ardı olacaq.✌

Sort:  
 2 years ago 

Hiç kıskanmadım sjsjsj. Uğurlu yollar 😍💜

 2 years ago 

Çox sağol.😄😄😄

 2 years ago 

Mən maraqla postu oxumağa başlayırdım ki, post bitdi🤭

 2 years ago 

Ardı mütləq olacaq.😉

Coin Marketplace

STEEM 0.16
TRX 0.16
JST 0.030
BTC 58237.47
ETH 2479.72
USDT 1.00
SBD 2.38