Dostluq...||club5050

in Steemit Azerbaijan☪✔2 years ago (edited)

Salam Steemit Azərbaycan ailəsi necəsiz? Şükür mən yaxşıyam hələlik. Bu dəfə dedim biraz da, dostluq haqqında yazım. Nə deyirsiz, fikirlərimi bölüşüm sizinlə? Baxaqda hara kimi izah edə biləcəm. Məncə "Dost" sözü, ciddən çox dərin mənaya malikdi. Bu dəfə elə o ciddi mənada, dostluq mənim üçün nəyi ifadə edirsə ondan yazacam. Mənim üçün hərşeydi dost. Sözün əsl mənasında hərşey.

20220220_170627.jpg

Həqiqi dost tapmaq, məncə, çətindi. Bu, insanlar yaxşı deyil mənasına gəlmir. Hamı hamı ilə yaxın dost ola bilməz ki. Normal olaraq hərkəs bir birini anlamır onsuz da. Hər şey nədi? Olur ee yanında rahatlıq tapdığınız insanlar. Ailənizdən sonra 2ci onlar olur. Baxın, elə onları deyrəm. Bəlkə də heç o qədər də ünsiyyətiniz olmur. Ama bilirsiniz ki, hardasa var. Elə varlığı bəs edir ki, söz düşəndə ürək rahatlığı ilə danışa biləcəksiz. Ancaq pis gün üçün ya da yaxşı gün üçün yox, elə həmişə yanınızda olanları deyirəm. Sizi olduğunuz kimi qəbul edən, səhvinizi öz səhvi, düzünüzü öz düzü kimi bilən dostları deyirəm. Tam şəkildə arxayın olursuz ki, nə zaman əlimi uzatsam tutacaq biri var ətrafımda. Heç bir şey ummadan həmişə yanınızda olacaq. Hə buna nə isə edim, sora o da mənə edər deyə yox. Özü də istəmədən, tam səmimi şəkildə yanınızda olan dostlar var.

20220219_120923.jpg

Bir gün, iki gün, üç gün yazmıyanda " noldu çoxdandı görünmürsən" deyən dostları demirəm, bir il sonra da yazanda " bəli dostum, qulluğundayam" deyən dostları deyirəm. Onlar həmişə sizin yanınızda olurlar. İçinizdə heç bir fikir olmur ki, görəsən bunu desəm necə olar. Qeyri ixtiyari olaraq dərdlərinizi bölüşə biləcək yoldaş deyrəm. Heç bir zəif tərəfinizdən istifadə etmiyən, əlindən gələni sonuna qədər edən dostları deyirəm. Onlarla olan söhbətdə içinizdə heç bir tərəddüd olmur ki, görəsən bunu edər mi deyə. Tam rahat olduğunuz, digər bir ruhda özünüzü tapdığınız insanları deyirəm. Belə əsl dostları tapmaq çox çətindi fikrimcə. Həə indi deyəcəksiz Urfan bəs bu qədər dost dediklərin var, onlar necə olsun bəs? Əlbəttə, onlar da dostumuzdu, canımızdı. Bütün hallarda ikinci bir şəxslə ünsiyyətiniz varsa bu ünsiyyətin adı olmalıdı. Dostumdu, tanışımdı, qohumumdu nə bilim nə. Mən sadəcə burda əsl dost mənim üçün nəyi ifadə edir onu yazdım.
20220220_170637.jpg
Hə sonda bir fikir daha deyim. Özünü doğrultmuş dostlarınızı, birmənalı şəkildə heç kimlə müqayisə etməyin. Yeni insanların xoş sözünü, gözəl rəftarını görüb onları öz köhnə dostlarınızla müqayisə etməyin heç vaxt. Yenilər daha yaxşı ola bilər, sizə daha yaxın ona bilər ama əsla onları bir tutmayın, əsl dostlarınızı heç vaxt unutmayın. Əşi bu dəfə belə edim dostumdu bağışlayar məni demiyin. Çalışın dostluqda sadiq olun. Razıyam hərşey keçəcək, bir gün o dostlarda olmuyacaq. Niyə bu həyatın gözəl insanlarından gözəl hisslərindən qaçaq ki, nə də olsa bizə qalacaq olan onlardı. Dost qazanmaqdan qorxmayın, sadəcə güvənin. Dediklərim ancaq dostluq münasibətləri üçün deyil, digər münasibətlərdə də belədi mənə görə. Həə bunlar mənim fikirlərim, bəs sizin üçün "əsl dost" nəyi ifadə edir?
Hələlik bu qədər, özünüzə yaxşı baxın görüşərik😉

Sort:  
 2 years ago 

Mən dostluqda sadiq oluram ama təssüf ki qarşıma çıxan həmişə öz məqsədin güdüb

 2 years ago 

qatılıram ))

 2 years ago 

Sən niyə balaca🥲

 2 years ago 

Məncə tapmaq olur☺

 2 years ago 

Bəlkəde mənə rast gəlmir

Coin Marketplace

STEEM 0.16
TRX 0.13
JST 0.027
BTC 59226.54
ETH 2603.16
USDT 1.00
SBD 2.42