2-ci kitab..

in Steemit Azerbaijan☪✔3 years ago (edited)

Salam Steemit Azerbaijan ailəsi necəsiz? Mən sizə kitablar haqda biraz məlumat vermişdim deyəsən. Deməli ilk kitabımı oxudum, bitirər-bitirməz ikinci kitab növbədə idi. Demişdim axı sizə Elxan Elatlı "Mərtəbələr" kitabını oxuyacam. İndi onu da bitirmişəm gəlin sizə qısa məlumat verim bəlkə sizi də düşündürə bildim. Deməli bu hekayədə 2013cü ildə baş vermiş bir hadisədən danışılır. Çox qısa danışacam.

20211124_102351.jpg

İbrahim adlı əsas obrazın bir ailəsi var. Bunlar anası Münəvvər xala, yoldaşı Fəridə xanım, oğlu Cövdət, qızı Arzudan ibarətdir. 2013cü illər dedim axı sizə. O dövrlərin necə çətin olduğunu mən də bilirəm desəm yanılmaram. Bir güc bəlaynan dolanan ailə olublar. Düzdü çox da kasıb olmayıblar. Ailənin bütün üzvləri olan 1 manata belə çoox şükür edən, halal zəhmətin tərəfdarları olub. Bir sözlə özlərini çox xoşbəxt sanırdılar.İbrahim də ancaq ailəsini, gələcəyini düşünür çox əziyyət çəksə də halal zəhməti ilə ailəsini saxlayırdı. Beləcə günləri keçirdi. Bir yayda Fəridənin bacısıgil olan Cemagil 5 ildən sonra bakıya 1 aylıq qonaq gəldilər. Cemagil isə əksinə onlardan qat-qat artıq səviyyədə yaşayırdılar. İbrahimgilin bir illik qazancını onlar 1 həftədə xərcləyirdilər. Sizcə onlar ayaqlaşa bilərdilər? Təbii ki yox. Yox Cemagil onları 1 ay ərzində 1 saat belə olsun özlərindən kənara qoymadılar. Ama onu da deyim ki onların pulu halal yolla qazanmadığını ayın sonunda bir İbrahim bildi birdə mən. Bunu kim dedi? Cema özü etiraf etdi. Bəzi məqamlar var ki onları yaza bilmirəm, yazsam postun sonu olmuyacaq.

20211208_205902.jpg

Həəə nəhayət düyünlər düşməyə başlayırdı. Ay bitdi Cəmiləgil getdi. Sora noldu? Artıq 1 manata belə şükür edən ailə üzvlərindən əsər əlamət qalmamışdı. Onlar artıq hərşeyin ən yaxşısını istəyir, hallarından narazı idilər. Artıq hamı ailə başcısından narazı idi, ondan yaxşı həyat istəyirdilər. Hətta ailə başcısına halal yolu burax deyirdilər. Ailə üzvlərini başa düşməsəm də biraz da olsa keçə bildim , ancaq illərdi oğlunun halal zəhmətinə pərəstiş edən Münəvvər arvadın son sözü məni çox silkələdi hətta qorxutdu deyərdim. O da artıq ayılmışdı sanki, oğluna ' belə oğulun vayına oturum' deyib çıxıb kəndə getmişdi. Artıq sizə aydındı məsələ. Beləcə davam edən bir neçə ay üzülsəm də ..... deyə bilməyəcəm özünüz oxuyun.

20211208_213038.jpg

Davam eləmək istəmirəm bu mövzu haqda. Demişdim axı oxumağa davam edəcəm. Artıq kitab oxumaq çox maraqlıdı mənə. 3cü kitab da hazırdı. Onu oxumağın nə qədər maraqlı olduğunu cümlələrlə ifadə edə bilərəm. Ama nə qədər dəyərli olduğunu cümlələrə sığdıra bilməyəcəm. Növbəti postu qaçırmayın😉.

Sort:  

Postunuzu səbrsizliklə gözləyəcəm😌

 3 years ago 

Fikriniz üçün təşəkkürlər. Mütləq 😊

 3 years ago 

14-cü adam kitabı da əladır :) onu da oxuyarsınız

 3 years ago 

Çoox təşəkkür edirəm diqqətiniz üçün. Mütləq oxuyacam👍🙂

 3 years ago 

Deyəsən dedektiv janrda kitab oxumağı sevirsiniz. Aqata Kristinin romanlarını məsləhət görərəm)

 3 years ago 

Sonunu görmədiyim bir yola yeni çıxmışam. Mütləq oxuyaram. Təşəkkürlər 😊🙏

Qələminə sağlıq✨

 3 years ago 

Təşəkkürlər🙂

 3 years ago 

Üzüldüm oğulun adına :( Davamını gözləyirəm. Gözəl post idi 🙇🏻‍♀️

 3 years ago 

🤕. Mütləq baxarsız. Təşəkkür edirəm 🙂🙏

 3 years ago 

Halal pul insanı çox xoşbəxt edir başını uca edir. Allah hamımıza halal qazanc qismət etsin. Post üçün təşəkkürlər

Coin Marketplace

STEEM 0.19
TRX 0.14
JST 0.030
BTC 62625.86
ETH 3333.11
USDT 1.00
SBD 2.47