The Diary Game:💖 24/06/2022 #club5050/ Qəbələ dolu bir gün. (100% beneficiaries for Steemit Azerbaijan)/

in Steemit Azerbaijan☪✔2 years ago

Salam, axşamınız xeyir. Bu gün günlərdən Qəbələ günü idi. Uzun sürən dərs ayları ən nəhayət bitdi və biz müəllim kollektivi qərara gəldik ki, həyat bir gündü, o da bu gündü deyibən istirahət edək. Bir qəbələlinin də gedib kənarda istirahət yeri axtarmasından axmaq bir şey yoxdu. Əvvəlcədən planlaşdırdığımız kimi dörd yerə dəyəcəkdik.

IMG_20220624_100107.jpg

Birinci gedəcəyimiz yer lavanda bağı idi. Onu da deyim ki, lavanda bağına getmək fikriniz varsa da getməyinə dəymir. Çünki maraqlı bir şey yoxdu orda. Lavandanın sadəcə ətri var. Elə də gözəl güllər deyil. Həm gün adamın təpəsinə nətər döyürsə, ağlı başından çıxır. Ən pisi də odu ki, lavanda bağına giriş 4 manatdı. Mən də xeyir ola? - deyib heç içəri keçmədim.

IMG_20220624_110437.jpg

IMG_20220624_110303.jpg

Ordan yol aldıq Nic kəndinə Udi ocağı adlı istirahət mərkəzinə. Bax buralar həqiqətən çox gözəl idi. Təmizliyi, səliqəsi diqqətimi çəkdi. Burada yemək yemək qərarına gəldik.

IMG_20220624_124202.jpg

IMG_20220624_123840.jpg

IMG_20220624_123832.jpg

Deməli, müəllim tayfasına ən xoş gələn nə olan şeydi? Həm ucuz yesin, həm də hər şeyin dadına baxsın. İnsafən həm menyuda olan yeməklər sərfəli idi, həm də dadlı hazırlanmışdı.

IMG-20220624-WA0100.jpg

Bu arada yuxarıda gördüyünüz o şəkillərdən birində çaxır çəkmə aparatının maketi quraşdırılıb. Bizim müəllimələr də həvəslə onun şəklini çəkdilər ki, evdə yoldaşlarına göstərsinlər:) Udi ocağından xoş təəssüratlarla ayrıldıq və Lazaya gəldik. Gözəllər gözəli Laza. Dəniz səviyyəsindən min kilometrdən çox yüksək səviyyədə yerləşir. Havası, təbiətinin gözəlliyi sətirlərə sığışmaz. Lazanı gərək yaşayasan.

IMG_20220624_151706.jpg

IMG_20220624_151504.jpg

IMG_20220624_151448.jpg

IMG_20220624_151442.jpg

Orda limonlu çay içdik. Dadı damağımızda qaldı. Kəklikotu da aldım. Hər çay dəmləyəndə Lazanı xatırlayam deyə. Lazada bir saata qədər oturduq. Kəndə bir yol çıxır, düz yoxuşa dirənir.
Laza kəndində ləzgi camaatı yaşayır. Şirin danışıqları var. Lazadan sonra yolçuluq Nohur gölə tərəf idi. Laza ilə sağollaşdıq.

IMG_20220624_161115.jpg

IMG_20220624_155811.jpg

Nohur gölündə bu günlərdə olmuşduq. Ona görə də o qədər də ilgimi çəkmədi. Həm göl tünlük idi. Olmayan millət yox idi orda. Bəlkə də biz artıq yorulmuşduq, ondan idi. Həm də evə tələsirdik. Artıq axşam düşürdü.

IMG_20220624_164648.jpg

Sahildə bir samovarı boşaldıb həvəsdi, bəsdi deyib yola qoyulduq. Doğrudan da gözəl bir gün keçirdik. Əgər oxudunuzsa təşəkkürlər. İstirahət etmək istəyən maaşını alıb Qəbələyə gəlsin.
@urcah.com

Sort:  

Even though I don't know your language but your photography is amazing...!!

 2 years ago 

I'm glad you like it😊

 2 years ago 

Qardaş fotolarda ovunur, vaxt elə gəl bizim tərəflərə sənə çay qonaqlığı verək))

 2 years ago 

Sən gəl, çay bizdən:)

 2 years ago 

Qəblənin havası gəlir burnuma.Sabah məndə gəlirəm qəbələyə.

 2 years ago 

Gəl e gəl, Vətən oğlu :)

 2 years ago 

sabah axşama vətənimdə olacam

Coin Marketplace

STEEM 0.20
TRX 0.19
JST 0.033
BTC 88985.87
ETH 3290.31
USDT 1.00
SBD 2.98