|Steemit Enagement Challenge ||💚||Season2, Week #1 ||💚|| 🛫🌏 Your travel manager ✈ Dünyanın mərkəzi Qəbələ |#club5050

in Steemit Azerbaijan☪✔2 years ago (edited)

Axşamınız xeyir. Əvvəlcə nəhayət bizim topluluğun da bir müsabiqədə ev sahibliyi etdiyi üçün çox sevindiyimi bildirim. Mən Azərbaycanın Qəbələ rayonunda yaşayıram. Bu gün Qəbələ haqqında yazacağam. Qəbələnin tarixi çox qədimdi, hətta Qafqaz Albaniyasının dövrlərinə gedib çıxır. Mən bu postda tarixə çox da toxunmayacağam, çünki əlimdə bununla bağlı rəsmlər yoxdu. Mən bu günün Qəbələsindən danışmaq istəyirəm. Bu gün Qəbələ yalnız Azərbaycanda deyil, Qafqaz zonasında məşhur olan turizm mərkəzlərindən biridi. Hər il minlərlə turist Qəbələnin gözəl təbiətindən, dadlı təamlarından, büllur bulaqlarından feyziyab olur. Rayonumuzun ən sevilən istirahət mərkəzlətindən biri də Qəbələnd istirahət mərkəzidir. Uşaqların sevimli məkanı. Əgər ailənizdə kiçik yaşlı uşaqlarınız varsa, LUNAPARKA mütləq gəlməlisiniz.

IMG_20220604_195238.jpg

Bu yol sizi düz rayonun yuxarı hissəsinə aparıb uşaqların və böyüklərin sevimli məkanı olan lunaparka çıxaracaq. Burada müxtəlif əyləncə növləri var. Kanatdan tutmuş, toqquşan maşınlara, şeytan çarxından tutmuş tərsinə evə qədər. Kompakt şəkildə uşaq və böyüklərin əylənə biləcəyi ən ideal məkandı. Mövsüm boyunca burada yaxından və uzaqdan gəlmiş çoxlu sayda turistlər görə bilərsiniz.

IMG_20220604_193433.jpg

IMG_20220604_192438.jpg

IMG_20220604_192130.jpg

IMG_20220604_192126.jpg

IMG_20220604_191003.jpg

Deməliyəm ki, parkın tikilməsinə xeyli vəsait sərf olunub. Hardasa 10 ildən çoxdur ki, yerli insanlara və turistlərə xidmət edir. Ümumiyyətlə, rayonun kənd başı deyilən hissəsi son 10 ildə öz simasını tamamilə dəyişib. O uzaqdan gördüyünüz Tufandağ kanat kompleksidi. Düzdür, mənim yüksəklik fobiyam olduğu üçün minməmişəm, amma deyilənə görə, möhtəşəm bir gəzintidi. Dağın başında da milli və dünya mətbəxinin ən dadlı yeməkləri qonaqlara təqdim edilir.

IMG_20220604_174512.jpg

Qayıdaq lunaparka. Əyləncə mərkəzi təzadlıdı. Karusellərdə əylənən insanları səs - küyü və eyni zamanda sakit, hüzur dolu ara küçələr. Gül çiçəyin gözəlliyi də adamı bihuş edir. Başdan ayağa təmiz hava, oksigen deposudu. Hələ küçənin ortasında çəkilmiş labirintə baxın. Yaşından asılı olmayaraq bütün keçənləri cəlb eləyir.

IMG_20220604_190541.jpg

IMG_20220604_161039.jpg

IMG_20220604_161020.jpg

IMG_20220604_161001.jpg

IMG_20220604_160010.jpg

Deməliyəm ki, yayda insanların ən çox ehtiyacı olan nemət sudur. Həm içməyə, həm sərinləməyə. Bizim inşaat mühəndisləri onu da düşünüblər. Düz parkın ortasında onu uzununa kəsən bir göl var ki, üstündə çoxlu sayda körpülər var..İstəsəniz, suyun kənarında oturub gölə tamaşa edə bilərsiniz, ayaqlarınızı suya sallayıb sərinlənə də bilərsiniz, hətta göldə kiçik qayıqlarla səyahət də edə bilərsiniz.

IMG_20220604_190823.jpg

IMG_20220604_190816.jpg

IMG_20220604_190811.jpg

Və sonda demək istəyirəm ki, bu Qəbələnin gözəl məkanlarından yalnız biridi. Qafqazda ən böyük tikililərdən biri olan konqres zalı, beş ulduzlu otellər, muzeylər, tarixi məkanlar, çox şık restoranlar, kafelər və bunlara aparan şüşə kimi asfalt yollar. Qəbələyə gəlin, istirahətinizi bizə etibar edin. Peşman olmayacaqsınız. Mən sonda bu müsabiqədə iştirak etmək üçün @revan746@gulaybagirzade yə səslənirəm. Gəlin, mən deməyənləri də siz deyin. Oxuduğunuz üçün təşəkkürlər 🖐️
@urcah.com

IMG_20220604_160039.jpg

Sort:  

Hi @urcah.com,

You have got a quality entry.All the pictures are captivating and enticing.I am tempted to travel to that garden and the natural pool side.Continue to produce quality contents on Steemit.

 2 years ago 

Thanks 😊

 2 years ago 

Qəbələnddə 4-5 bundan qabaq olmuşam. Oxuduqca gözümün önündə canlanırdı səhnə kimi. Maraqlı təbiətinə söz ola bilməz. Tez-tez Əmirvan kəndində qonaq olmuşam. Kəndin yaxınlığında meşənin içəridindən keçən Dəstəmaz çayı, kənarənda yerdən süfrə açıb özümüzlə evdən apardığımız isti təndir çörəyi ilə pendir, çoban salatı. bəh-bəh iyi burnuma gəldi

 2 years ago 

Dəstəmaz çayı Vəndamdan keçir. Hələ onun lap mənbəyini görsən, ürəyin gedər. İki su qarışan deyirik. Yayda o qədər soyuq olur ki, az qalırsan palto geyinəsən.

 2 years ago 

Qəbələni belə gözəl təsəvvür eləmirdim . Ümid edirəm bir gün yolum düşər 🥺

 2 years ago 

Müəllimə hər il burda olanları evlərinə dəvət edir, ümid edirəm bu il də o ənənəni davam etdirər, sən də arzuna çatmış olarsan.

That view of the mountain caught my eye, I liked the view very much. I love traveling a lot. Have traveled a lot, but have never been to a mountain. There are many desires to go to the mountains. You have shared with us some wonderful travel sights, much better. Your entry was very good.

 2 years ago 

Thanks 😊

 2 years ago (edited)

steemit azerbaijan.jfif
Status Club
club5050
Steemexclusive
No Plagiarism Free
BOT Free
350 Words
Post Quality
8.5/10


Çox uzun-uzadı yazıb baş-beyninizi aparmayacam. Sadəcə ПРЕЛЕСТЬ♥️ Yaxın günlərdə karuselsiz Quba ilə də tanış olarsız😉

Coin Marketplace

STEEM 0.16
TRX 0.12
JST 0.026
BTC 57320.16
ETH 2472.81
USDT 1.00
SBD 2.31