Сlub5050 The Diary Game 3 : Date 17.03.2022. Yolçuluq.
Salam, axşamınız xeyir. Bu günü yazmaq üçün gərək dünən axşamtərəfindən başlayam. Deməli, nənəmiz uzun müddətdi sağlıq problemi yaşayırdı. İndi kimsə deyəcək ki, nənələrin sağlıq problemi yaşaması normaldı. Bizim nənəmiz həyat dolu, həyatdan 6 əllə yapışmış bir nənədi. Müalicələr effekt vermədiyindən əməliyyat şərt oldu. Əməliyyat öncəsi bəzi prosedurları yerinə yetirmək üçün təcili aptekə getməli oldum. Hava bir qəribə, əhvalım ondan beşbetər qəribə. Qürub vaxtı idi.
Bir dünyagörmüş ağsaqqaldan soruşurlar ki, həyat haqqında nə düşünürsən? Deyir, o baxır zamana. Səhər bir cür, günorta bir cür, axşam başqa cür düşünə bilərəm. Və ya payızdakı düşüncələrim yazda fərqli ola bilər. Məsələn, gənclikdəki düşüncələrlə qocalıqdakı düşüncələr, yanaşmalar eyni deyil. Qocalıq demişkən, axı nənədən danışırdıq. Deməli, bu səhər tezdən nənəni Bakıya aparmalı olduq. Olduq deyəndə ki, yəni mən. Səhər saat 6 da evdən çıxmalı idik. Pəncərədən baxanda şiddətlə yağan qarı görüb dəli oldum. Belə havada qapıya gələ bilən maşına sosialist əməyi qəhrəmanı adı vermək lazımdı:) Nənəmiz tez-tez o qəhrəmanların mahnılarını oxuyur, ona görə bu bənzətməni elədim. Qol çırmayıb sən tarlaya çıxanda, səs yayılır hər bir yana, Sürəyya zad))
Birtəhər qarı yara yara nənəni maşına mindirə bildik. (Mən niyə cəm halda danışıram ki)
Rayonun axırıncı kəndini keçəndə cin vurdu təpəmə. Qar deyiləsi şey yox idi yerdə. Yuxarı yol qara görə bağlandığından (mart ayının 17-sində ee, a kişi) aşağı uzun yolla getməli olduq. Aran rayonlarında yazdır artıq.
Maşın sürətlə gedirdi, çəkə bilmədim. Amma o yaşıl ləkələrdən siz bildiniz fərqi. Nəysə ki, ikiqat bahasına çətinliklə nənəni Bakıya gətirib əməliyyat elətdirdik. İndi çox şükür yaxşıdı. Onsuz da nənəyə evdən çıxanda demişdim ki, özün bil bu qarda, qiyamətdə ölsən hamı səni söyəcək. Çalış sağ qal:) Və hər biriniz çalışın sağ qalın, həyatda yaxşı izlər buraxın.
Allah şəfa versin eyni mən atami qar çovğun da Bakıya çatdırdığım günləri xatırladım
Keçmiş olsun🙏
Allah bütün xəstələrə şəfa versin
Allah şəfa versin, tezliklə nənənin düzəlməsini diləyirəm🙏🏻
Təşəkkürlər
ALLAH şəfa versin. AMİN İNŞƏƏALLAH🤲
Congratulations! This post has been upvoted through steemcurator08.
Curated By - @svm038
Curation Team - Life and Humanity
Thank you.