Сlub5050 The Diary Game 3 : Date 13.03.2022 Mövzu futbol olunca.

in Steemit Azerbaijan☪✔2 years ago (edited)

Salam, axşamınız xeyir. Vallah, pəncərədən çölə baxanda ilk ağıla gələn fikir:"havanın başına hava gəlməyi"di. Qar ölümünə yağır. Sanki qışda yağmağına mane olan vardı da. Martın 13-ü. Zonanın 11-ci sinif uşaqlarının buraxılış imtahanı. İmtahan sözünü və özünü kəşf edən adamı bir dəfə tapmışdım internetdən. İmtahan qədər mənasız nəsnə yoxdu bu həyatda. Onu qoyaq bir kənara. Bu gün günlərdən futbol günüdür. Futbol haqqında əvvəllər də bir post yazmışdım. Futbol böyüklərin uşaqlaşmasıdı. Bugünkü futbol yarışının təşkilatçılarının yatsalar yuxularına da gəlməzdi ki, belə qar yağsın.

Screenshot_20220313_200418.jpg

Screenshot_20220313_200437.jpg

Rayonumuzun futbol komandasının çox bərkgedən sponsorları var, bu dünyada ən gözəl şey bərkgedən sponsordu. Bir də gördük ki, rayonluqca futbol azarkeşi olmuşuq. Adam da bir şeyin azarkeşi oldusa iş tamamdır. Məsafələr eşqə əngəl olmadığı kimi, qarlı, şaxtalı hava futbola əngəl deyilmiş.

Screenshot_20220313_200623.jpg

Screenshot_20220313_200345.jpg

Futbolun ən önəmli tərkib hissələrindən biri də azarkeşlərdir. Azarkeşlərin oyunçuları qızışdırması qol vurulmağının səbəblərindən biridir. Əsas səbəb əlbəttə ki, oyunçuların peşəkarlığıdı. Bəli, 100 illərin göydə qalan qarı nəyi var yağır, yer, yurd ağappaqdı.

Screenshot_20220313_204352.jpg

Screenshot_20220313_202422.jpg

Hələ, təpələrinə qar tökülə-tökülə futbolu izləyən azarkeşlərə baxın. Halal olsun vallah. Amma bu hekayənin sonu gözlənilməz qurtardı. Oyunun sonuna 25 dəqiqə qalmış oyun saxlanıldı. Qar dedi ki, atam ölə, anam ölə, dayanmaram, heç azalmaram.

Screenshot_20220313_202457.jpg

Hamı kor peşman dağılışdı. Hətta bir tələbə vardı, Bakıdan oyunu izləməyə gəlmidi. Heç evlərinə xəbər vermədən rəqib komandanın gəldiyi avtobusla qayıtmalı oldu. Bir futbol oyunu da beləcə bitdi. İngiltərədə yaranıb uzun müddətdir ki, dünyanı özünə tabe edən futbol, sən özün bir dünyasan. Bircə Azərbaycan sənin dilini tapa bilmir. Ümidvaram ki, vaxt gələcək, futbol bizi də sevindirəcək.

Sort:  
 2 years ago 

Ne gözəl görüntü təşəkkür edirəm gözəl post üçün

 2 years ago 

Təşəkkürlər 😊

Congratulations! This post has been upvoted through steemcurator08.

Curated By - @event-horizon
Curation Team - Life and Humanity

Coin Marketplace

STEEM 0.19
TRX 0.13
JST 0.028
BTC 65178.97
ETH 3261.27
USDT 1.00
SBD 2.68