Сlub5050 The Diary Game 3 : Date 10.03.2022. Ehtiyatlısınızmı?
Axşamınız xeyir. Necəsiniz? Dünən bir hekayə rast düşmüşdü. Qısa özətini danışım. Bir zəngin təsərrüfatçı bir təpənin başında bir mülk almışdı. Burada təsərrüfatla məşğul olmaq istəyirdi. Amma təpənin başını güclü külək tuturdu. Tez tez fırtınalar olurdu. O səbəbdən adam yaxın kəndləri bir bir gəzsə də özünə köməkçi tapa bilmirdi. Nəhayət, bir kənddən orta yaşlı bir adam tapa bildi. Bu çəlimsiz adama o qədər də güvənmirdi, amma başqa əlacı yox idi. Adamdan işinin öhdəsindən gələ bilərmi, deyə soruşanda, fırtınada rahat yata bilirəm demişdi. Gecələrin birində fırtına qopdu. Adam özünü güclə köməkçisinin yatdığı daxmaya saldı. Adam mışıl mışıl yatırdı. Qışqırığını salan adam onu durquzmağa çalışdı. Köməkçi "sizə fırtınada rahat yata bilirəm" - demişdim dedi. Acığından dəli olan adamın indi ağlında səhər açılan kimi ilk işinin bu köməkçini qovmaq fikri vardı. Özünü çölə atdı ki, həyətdə nələrisə xilas etsin. Gördüklərinə mat qaldı. Ot tayaları səliqəli bağlanıb üstü örtülmüşdü. Heyvanlar tövlələrə salınıb qapıları möhkəm bağlanmışdı.
Toyuq cücə də həmçinin. Hər şey fırtınaya hazırlıqlı idi. (Bu toyuğun evə girməyini hesaba qatmayaq)
Hər şey qaydasında idi. Adam indi başa düşdü ki, köməkçi nə üçün rahat yata bilirmiş.
İndi gələk əsas məsələyə. Ehtiyatlısınızmı? Yoxsa mənim kimi işin çətinini axıra saxlayırsınızmı? Çox vaz keçmək istədiyim bir xasiyyətim var. Görəcəyim bir işi "hələ vaxta var" - kimi bir parazit xüsusiyyətin təsiri altında axıra saxlayıram. Elə o axır gəlib çatanda da gecəmi gündüzümə qatıram, çox əziyyət çəkirəm. Amma sonunda edirəm, çatdırıram. Elə bu yazını da saat 22-də başlayacaq onlayn dərsin başlanmasına qədər çatdırmağı qərara almışdım, çatdırdım. Heç bir şeyə gec qalmamağınız diləyi ilə...
Əla ibrətamiz hekayədi. Təşəkkür burdan özüm üçün bir şeylər götürdüm!
Aleykum SALAM. Şükür salamatçılıqdı. Təki yaxşı olun. AMİN İNŞƏƏALLAH 🤲 Gözəl mövzudur. Tam bana göre😉 Buna el arasında "Dalmation Cow" deyirlər.😂 Toyuq da lap yerinə düşüb...Siz də extreem xoşlayansız. Ona görə belədir. Bəzən ehtiyatımı görürəm. Ehtiyat gözəl bir şeydir. "Hələ vaxta var" bu kəlmə də mənə çox tanış yaxındır😉
Çox pis vərdişdi, mütləq qurtulmaq lazımdı ondan. O ki qaldı el arasında deyilən o əndrəbadi sözə, eldə elə söz yoxdu, mən elin içindənəm, eşitməmişəm))
Çox demişəm. Bir xeyir yoxdu. Gərək güclü təmkinli olub yola qoyulmaq lazımdır. Bu ellərə aid deyil. 3 inək pendiri istehsal olunan ellərdə rastlaşmışam😁 Bu linklərə bir zəhmət daxil olun.
link
link
Meni kimi ehtiyatlı heç kim ola bilməz leysana düşəndən sonra çətir alaram.
Necə ki, Əmimoğlu maşını ötür sonra dönmə işığını yandırır)))😂
Rahat insandır kimdirsə
Səbirli insan))
Ya da ki, maşını çevirəndə tapşırır ki, darvazaya dəyəndə deyin ha. Maşın darvazaya çırpılanda deyir dəydi, dəydi))
Bu başqa məsələ👍 Zatən hiss edir.😂😂 Darvazaya çırpa-çırpa maşının modelində bir çox dəyişiklikləri etməyə qadirdir😂
Rahatlıqla heç bir əlaqəsi yoxdur. Sadəcə hərdən olur tormozda ilişib qalır😂
He Orxan bey arada olur belə şeylər ,😀
😂😂