" Parents love with kids Photography contest " Season 1 week 1 //Club5050// Mənim sevimlilərim. (100% beneficiaries for Steemit Azerbaijan)

in Steemit Azerbaijan☪✔2 years ago

Salam, hər vaxtınız xeyir. Topluluğumuzda yenə yarışma var. Mən yenə iştirak etmək qərarına gəldim. (ar - kar olmur da) Əslində öz ailəm və övladlarım, onlarla keçirdiyim səmərəli və əyləncəli zaman haqqında da yaza bilərdim. Amma onlar artıq böyüyüb və bu iş əyləncə olmaq həddindən çıxıb. Odur ki müsabiqənin şərtlərinə uyğun evcil heyvanlardan biri olan pişiyimiz və onun ailəsi haqqında yazmaq istəyirəm. Əvvəlcə qeyd edim ki, pişiklərə olan sevgimin tarixçəsi çox da uzaq zamanlara getmir. Sevimli heyvanlardı, hərdən adamı bezdirdiklərini nəzərə almasaq rəsmən təbii meditasiyadı pişiklər.

Screenshot_20220722_175510.jpg

Bu şəkildə gördüyünüz pişik ailəsi əslində ailə deyil. Deməli, bu körpə pişiyin anası qəfildən yox oldu. Hara getdiyini tapa bilmədik. Bu körpə bir neçə gün ac qaldı. Südəmər olduğu üçün ona yardım edə bilmirdik. Əlimizə də yaxın gəlmirdi. Sonra həyətimizdə yaşayan ikinci pişik Əsmərin iki balası oldu. Və möhtəşəm hadisə də o zaman baş verdi. Ac olan körpə Əsmərin yanına gəldi və onu əmməyə başladı. Əsmər pişik də buna etiraz eləmədi. İndi Əsmərin 3 balası var. İki kiçik öz doğma balaları və bu yetim qalan balaca. Çox səmimidirlər. Əsmər onu öz balalarından heç ayırmır.

Screenshot_20220722_175521.jpg

Screenshot_20220722_175459.jpg

Həmişə deyirəm ki, insanlar çox vaxt sevgini heyvanlardan öyrənməlidirlər. Hətta Əsmərin sanki bu balacanın daha çox qayğıya ehtiyacı olduğunu hiss edir. Onu qətiyyən tək buraxmır. Balaca da öz əsl anasını unudub. Kefi də yerindədir. Gözünün birindəki yaranı görürsünüzmü? Gecə qəfil həyətə gələn yad pişik balacaya hücum çəkmişdi. Əsmər onu müdafiə eləməyə qalxmışdı. Gördüyünüz kimi yüngül xəsarətlə ötüşüb. Balaca çox insancanlıdı. Həyətə adam gələndə sevinir. Budur, nənəmizin çiyninə çıxıb:)

IMG-20220721-WA0115.jpg

IMG-20220721-WA0110.jpg

Ümumiyyətlə, pişik ailəsini müşahidə etməyi sevirəm. Çox qəribə sevgiləri var. Balalarını ölümünə əzizləyərlər. Eyni zamanda da sərtdirlər. Kiçik vaxtlarından balalarını bərkə boşa öyrədirlər. Hə, bir də balalarını güvənli yerə daşıyıb gizlətməkləri var. Elə vaxt olur ki, bir gün səhərdən axşama qədər axtarıb tapa bilmirdik. Artıq balalar da böyüyür, hətta analarından uzaqlaşa bilirlər. Hara isə çıxıb evə qayıdanda bu sevimli yaratıkların səni qarşılaması həqiqətən əyləncəli və xoşdu. Ümidvaram ki, pişiyimizin əhvalatlarını bəyəndiniz. Oxusanız təşəkkürlər. Yarışmada iştirak etmək üçün @gulaybagirzade@cameron99 u dəvət edirəm. (ikincinin gəlməsi nagümandı)

Sort:  

Möhtəşəm və həm də çox maraqlıdır. İzninizlə mən də pişiklər haqqında yazmaq istəyirəm. Sırağa gün rastlaşdığım bir hadisədən elə bu mövzuya aiddir. Amma arada xoşlamadığı neqativlik də vardır. Fikrinizlə tamamilə razıyam ki, "İnsanlar çox zaman sevgini heyvanlardan öyrənməlidirlər"(bəzi insanlar, bütünlüklə hamıya şamil etmək olmaz.) Amma elə ibrətamiz vəziyyətlər varki, bəzi insanlar onları öyrənməsələr daha yaxşı olar. Öyrənməsələr də artıq o neqativ hərəkəti edirlər çox təəssüf olsun🤦🏻‍♂️ Pişiklər mənim üçün təcrübə qaynağım olub. O səbəbdən tanımadığım, məndən hürkən pişiyi də müəyyən dərəcədə ələ almağı bacarıram😉 ALLAH səbr versin. Gələr İNŞƏƏALLAH🤲

 2 years ago 

Best of luck. ✌️🤝

Coin Marketplace

STEEM 0.21
TRX 0.13
JST 0.030
BTC 67203.60
ETH 3513.52
USDT 1.00
SBD 3.20