♥️Club5050♥️The Diary Game Betterlife- 13.05.2022. Yaşıl meydanın sehri...(100% beneficiares for Steemit Azerbaijan)

in Steemit Azerbaijan☪✔2 years ago

Salam, hər vaxtınız xeyir. Necəsiniz? Yaşıl meydan sözünü oxuyanda artıq başa düşdünüz söhbət nədən gedəcək?) Əlbəttə futboldan. Futbol haqqında ikinci postumdu. Bir dəfə də qışda yazmışdım. Onda da "Qəbələ" klubu kimləsə oynayırdı, amma oyun yarımçıq qalmışdı. Quşbaşı qar yağırdı onda. Bu dəfə "Neftçi" komandası gəlmişdi Qəbələyə. Bir vaxtlar Azərbaycan futbolu deyəndə yalnız "Neftçi" ağlımıza gəlirdi. Bircə dənə komandamız var idi. O da "Neftçi" idi. Tək sevgimiz "Neftçi") İndi kölgədə qalıb. Deməli, o gün gəlib yarışa. Yenə yağış, qiyamət.

IMG-20220510-WA0043.jpg

IMG-20220510-WA0039.jpg

IMG-20220510-WA0033.jpg

Göydəki hirsli buludları görürsünüz? İllaki yağmalıyam deyir vəssalam. Axşam saat yeddi idi. Azarkeşlər bizə yağış, leysan əngəl ola bilməz deyib gəliblər yarışa. Futbolda çox güclü azarkeş dəstəyi faktoru var. Əvvəllər buna inanmırdım, sonra bir dəfə məktəbdə iki sinfin futbol yarışında azarkeş dəstəyinin nəyə qadir olduğunun şahidi oldum. Qəbələ futbol klubu hökümət tərəfdən də güclü dəstək alan klubdu. Azarkeşlər də öz klublarını çox sevirlər. Stadion da müasir standartlara cavab verən bir stadiondu.

IMG-20220510-WA0041.jpg

IMG-20220510-WA0038.jpg

IMG-20220510-WA0037.jpg

IMG-20220510-WA0036.jpg

Deməli, azarkeşlərin də öz yazılmamış vəzifələri var. Rəqib komandanın gətirib gəldiyi azarkeşlərin səsini batırmaq, onlara göz verib işıq verməmək, yeri gələndə söyüşlə basqı eləmək, öz oyunçularının səhvlərini də kobud kobud üzünə vurub biabır eləmək, fit çalmaq... Bu siyahını çox uzatmaq olar. Şəms atasına deyir ki, orda söyüş söymək şərtdimi? Cavab birmənalı şəkildə 'hə' cavabıdı.

IMG-20220510-WA0034.jpg

IMG-20220510-WA0028.jpg

Yenə də oyunun sonuna yarım saat qalmış yağış başladı o gün. Amma hakimlərin oyunu saxlamaq kimi niyyəti yox idi. Bu dəfə də oyun yarımçıq qalsaydı, azarkeşlər meydançaya cumacaqdı:) Bu oyunda yeganə qol vuruldu, o da penaltidən. Doğma divarların kömək etməyi də əbəs olmadı. Qəbələ komandası 1:0 hesabı ilə qalib gəldi. Oyunu şıdırğı yağışın altında seyr edib yağışdan cücəyə dönmüş azarkeşlərin sevincini görsəydiniz. Vallah o adamları evdə əppək olmasa yağışdı deyə bazara göndərə bilməzsiniz. Getməzlər yəni. Bu futbolun qüdrəti idi o adamları yağışda o sahəyə toplayan.

IMG-20220510-WA0025.jpg

IMG-20220510-WA0023.jpg

IMG-20220510-WA0021.jpg

Bəli, idman bir dünyadı. Savaşın, müharibənin girişə bilmədiyi bir dünya. Kaş ki, insanlar yalnız meydançalarda, stadionlarda "savaşaydılar" Bizimkilər qalib gəldi, çox sevincliyik. Həmişə qələbə sevinci yaşamaq ümidi ilə...
@urcah.com.

Sort:  

Congratulations!

Your quality content qualifies the Steem Global Curators guidelines.

PicsArt_05-07-08.12.13.jpg

Your post is upvoted using @steemcurator06 account by @baycan. Continue making quality content for more support.

 2 years ago 

Elə oyundur ki, heç futbolla maraqlanmayanlar belə komandaları və şotu mütləq soruşur:)

Coin Marketplace

STEEM 0.17
TRX 0.13
JST 0.027
BTC 58974.35
ETH 2687.14
USDT 1.00
SBD 2.50