Club5050 💜 Uğura gedən yol.

in Steemit Azerbaijan☪✔3 years ago

Salam, əziz tələbələr. Necəsiniz? Bu postda steemit platformasında uğurlu yazı yazmaq üçün nələrə diqqət etmək lazımdırsa, onunla bağlı tövsiyələri paylaşmaq istəyirəm. İlk növbədə ali təhsil müəssisələrində oxuyan və ziyalı hesab olunan gənclər Azərbaycan dilinin qrammatikasına tələbkarlıqla yanaşmalıdırlar. Yazı savadı bir insanın vizit kartıdır.

IMG-20220205-WA0020.jpg

Birinci hədiyyəyə fikir verin. Sözü elə günə qoyublar ki, mən şəxsən onun suvenir olduğunu çox sonralar anladım. Deməli, ilk tələb savadlı yazıdır. İkinci tələb orjinallıqdır. Steemit platformasının ən birinci tələbi plagiata yox tələbidir. Müəllif hüquqlarının qorunması çox tələbkarlıqla yanaşılan məsələdir. Sanballı səs almaq istəyən gənclər, yazınızın həcminin geniş olması arzu olunandır. Steemit platformasında istənilən mövzuda post paylaşa bilərsiniz. Sadəcə, milli, irqi, əxlaqi dəyərlərə hörmət edərək, şiddət təbliğ etməyən yazılar yazılmalıdır. Nəhayət, mövzular. Gündəlik, incəsənət, elm, texnika, səyahət, mədəniyyət və s. Bu zaman tağların qeyd olunmasına diqqət edirik. Məsələn, belə bir şəkil paylaşırıq.

FIMO_1644244435320.JPG

Tağları seçərkən, #steemexclusive, daha sonra əgər #club5050 etiketi ilə yazırsınızsa onu, #steemitazerbaijan, mövzumuz rəsmdirsə, #art, fotodursa #photography və sair.
Əgər texnologiya , elm mövzusunda yazırsınızsa #scot, #technology, #science tağları ilk 5 tağın içində olmalıdır.
Günlük post yazarkən #thediarygame tağndan istifadə etmək lazımdır. Məişət, yeməklər, səyahət mövzusunda yazarkən #food, #travel, #lifestyle, idman mövzusunda #sport və sair tağlardan istifadə edin. Bu tağlar ilk 5 tağın içində olmalıdır. Əgər yadımdan çıxan mövzular varsa, topluluğumuzun adminləri #revan746 #cameron99 sizə dəstək olarlar.
Hər birinizə bolluca steemlər arzusu ilə...

Sort:  
 3 years ago 

Hədiyyələr sözündən başqa,hər sözdə səhv var.

Coin Marketplace

STEEM 0.17
TRX 0.15
JST 0.029
BTC 61875.77
ETH 2403.11
USDT 1.00
SBD 2.64