💜Club5050💜 //THE DIARY GAME Better Life.|| 20-21. 07.2022. Yay tətilinin delikatesləri (100% beneficiaries for Steemit Azerbaijan)

in Steemit Azerbaijan☪✔2 years ago

Salam, sabahınız xeyir. Necəsiniz? Adından bədnam yay tətilindəyik. Adı tətildi, özü iş vaxtından betər. Bir türlü məktəb qayğılarından qurtula bilmirik hələ ki. Qarşıdan dağ boyda sertifikasiya imtahanı gəlir. Zatən həyatımız imtahanlarla keçir. Bir də bu çıxıb başımıza. Əslində imtahan pis şey deyil ha (pis şeydi). Biləsən ki, səni imtahan edənlər səndən daha savadlı, daha biliklidirlər. Məsələ burasındadır ki, bizi imtahan edəcək adamlar özləri də bu məsələdən bixəbərdi. Dumana düşmüş qaz bizim yanımızda toya getməlidi. Elə bil ki, qaranlıq otağa girmisən, işıq yandırmaq istəyirsən, vklyuçatel (azərbaycancasını bilən varsa yazsın) otağın o başındadır. Qapı ilə üzbəüz divarda. Nəysə ki, əl himinə gedirik hələ ki. Bu boyda qarmaqarışığın içində lazımsız adamlardan fırça yemək də var. Elə bil ki bir yerdən acıq eləyib getmisən. Amma o yeri yer eləyənlərin içində sənin də zəhmətin var, can qoymusan. Sonra baxırsan ki, orada həyat sönüb. Ailədən küsə bilməyən ana kimi geri qayıdırsan və bu vaxt da noldu, niyə qayıtmısan fırçası yeyirsən.Dəymişin qalıb kalın tökülür. Və Və bunlar dərin mövzulardı. Evdə oturmuşam, məni bütün bu saydıqlarım xaric sakitləşdirən güllərimdi. Ruhumu onlara təslim eləmişəm. İnsanlar çox etibarsızdı.

IMG_20220719_182813.jpg

IMG_20220719_182733.jpg

IMG_20220719_141807.jpg

Mən onlara daha çox aşiqəm. Qeyri bəni insanlara. Çox az şey tələb edirlər, lap çox sevgi bəxş edirlər. Bu il şeytanlar xəbər aparmasın, suyumuz hələ ki gəlir. Gəlsənə gəlməsin. Bir kamaz pul töküb 3 yerdən su çəkdirmişik. Bitkilərimizin yanında xəcalətli qalmadıq bu il.

IMG_20220719_182843.jpg

IMG-20220721-WA0009.jpeg

Pomidorun kilosu 1 manat 50 qəpiyədi. Ən rahat, ucuz və sevimli yemək olan pomidor yumurtanı oğulsan, bişir. Yumurta da 25 qəpik. Bir manat verirsən, sənə dordcə dənə yumurta verirlər. Pomidor deyəndə ikinci Mahmud yadıma düşür. Bir statusu vardı. Deyirdi ki, pomidor turşusunun suyu kimi insanlar var həyatımızda. Bilirsən ki, ziyandı, amma əl çəkə bilmirsən, harda görsən alıb çəkirsən başına. Ölümü məni şoka salmışdı. Bəzən adam vaxtsız ölmək istəyir. Amma o da var ki, vaxtsız ölməyə də gecikmişik. Yenə dərin mövzulara daldıq. Burdan biri çıxıb deyəcək ki, kvartalın axırıdı, nə ölmək ölmək salmısan. Çalışın sağ qalın, özü də sağlam sağ qalın. Doxturlar qapılarına gedəndə özləri ağırlıqda pul oxumasınlar. Durum, güllərimi sulayım. Oxusanız təşəkkürlər.

Sort:  
 2 years ago 

Best of luck...

Coin Marketplace

STEEM 0.19
TRX 0.14
JST 0.029
BTC 64112.50
ETH 3174.45
USDT 1.00
SBD 2.54