#Club5050 // THE DIARY GAME Better Life.||10.05.2022|| Yaz yeməyi. (100% beneficiaries for Steemit Azerbaijan)

in Steemit Azerbaijan☪✔2 years ago

Salam, hər vaxtınız xeyir. Necəsiniz? Qadınların ən çox eşitdiyi sual nədir? Təbii ki, nə bişirmisən? Zamanı dəyişə bilir. Axşama ya günortaya nə bişirəcəksən? Etiraf edim ki, yemək bişirməyi sevməyə məcbur edilənlərdənəm. Mənimki həyət bacada tərəvəz əkmək, gül yetişdirmək kimi işlərdi. Soyuducuda da "zəifçilik" oldusa iş bitir. İndi əsl kasıbların zəmanəsidi. Hər yer yeməkdən ibarətdi. Bizimkilər ət yeməyi xoşlamayınca (özüm də üstəlik) yemək bişirmək üçün qaçırıq təbiətə. Dediyim kimi həyət yeməklə doludu. Mən də bu gün bizim kəndin ala dolması, buralıların isə cırdalı adlandırdığı yeməyi bişirdim.

IMG_20220510_151014.jpg

IMG_20220509_133540.jpg

Bu yeməyin mənim üçün xüsusi xatirəsi var. Mən hələ çox balaca olanda anamgil baramaqurdu üçün kəndin başında evi olan bir qohumun həyətindən tut yarpağı gətirməyə gediblərmiş. Şeiri bilməmiş olmazsınız. Bəsləsən, atlas olar tut yarpağından zad. Mənə də bu yeməyi bişirməyi tapşırıblar. Qoy hekayə hələ ki qalsın. Hə, bəs bu yemək nələrdən necə hazırlanır. Həyətdə bitən yabanı göyərtilər var. Nanə, əvəlik, əməköməci, cincilim. Onlardan yığıb doğradım.

IMG_20220509_125038.jpg

IMG_20220509_124859.jpg

Yaxşıca yudum. Daha sonra baş soğanı doğradım və kərə yağı da əlavə elədim. Bir rahatlıq var ki, soğanı yağda qızartmırsan. İşin ən sevmədiyim qismi də budu.

IMG_20220509_125603.jpg

IMG_20220509_125759.jpg

Mən yağı çox eləmişəm, siz bir az az vursanız yaxşı olar. Büdcəyə uyğun yəni. Daha sonra düyü yudum. Yumru düyü olsa daha yaxşı olar. Ümumiyyətlə aşdan başqa bütün düyü qatılan yeməklərdə yumru düyü istifadə olunur bizdə.

IMG_20220509_130234.jpg

Daha sonra yuyub aşsüzənə yığdığım göyərtini də qazana tökdüm, düyünü də əlavə elədim. Düyü ilə göyərtini yaxşıca qarışdırdım.

IMG_20220509_130325.jpg

IMG_20220509_130430.jpg

Hə, indi bayaq yarımçıq qalmış hekayəni davam etdirmək istəyirəm. Deməli, anam mənə yeməyə nələr qatılırsa başa salıb gedib işinin dalınca. Mən də hər şeyi hazırlamışam və bir dilemma qarşısında qalmışam. Yağı göyərtinin altında qoyum, yoxsa üstündə.?) Bundan ötrü 2 kilometr aralıda olan o qohumgilə qaçmışam ki, anamdan soruşub dəqiqləşdirim. O qədər güldülər ki, xəcalət çəkdim. Bir o yadımdadı, bir də ilk dəfə yarpaq dolması bişirəndə əti yarpağın sığal üzünə yığmağım. Xülasə, yeməyimiz hazır oldu.

IMG_20220509_133704.jpg

Onu da deyim ki, bu yeməyi qatıqla yeyirlər. Nağıllar necə bitir? Onlar yedilər, içdilər, yerə keçdilər. Sizsə... Gerisini bilmirəm:)

Sort:  
 2 years ago 

Ona görə də deyirlər ki, göy çıxdı kəndliyə ölüm yoxdu))))

 2 years ago 

Başlamışıq))

Coin Marketplace

STEEM 0.19
TRX 0.14
JST 0.030
BTC 59908.77
ETH 3191.82
USDT 1.00
SBD 2.43